Keçmiş diplomatik qurumun sözçüsü ABŞ və sionist rejiminin Yəmən və Qəzzəyə son hücumlarına toxunaraq, onları eyni sikkənin iki üzü adlandırıb və bildirib ki, onlar insan haqları, beynəlxalq hüquq və beynəlxalq humanitar hüquq prinsiplərini tamamilə tapdalayıblar.
“Amerika və İsrail eyni sikkənin iki üzüdür.” Bu ifadə keçmiş diplomatik qurumun sözçüsü Nasir Kənaninin Amerika və sionist rejiminin mahiyyəti barədə işlətdiyi ifadədir.
O, çərşənbə axşamı (Mart ayının 25-də) ABŞ və sionist rejiminin Yəmən və Qəzzədə törətdiyi son cinayətlərə və təcavüzlərə toxunaraq, xüsusilə ABŞ-ın Yəmənin Sədə şəhərindəki xərçəng xəstəxanasını tamamilə məhv etməsi və sionist rejiminin Qəzzə zolağında xərçəng xəstəxanasını dağıtmasını qeyd edib. O, bu addımları “eyni sikəənin iki üzü” kimi dəyərləndirib və bildirib ki, onlar insan haqları, beynəlxalq hüquq və beynəlxalq humanitar hüququ tamamilə tapdalayıb, beynəlxalq hüququ aparteid ilə əvəz ediblər.
Çərşənbə axşamı ABŞ qırıcı təyyarələri Yəmənin şimalında yerləşən Sədə vilayətinin müxtəlif bölgələrinə 8 dəfə hücum edib. Məlumatlara görə, bu qırıcılar ikinci dəfə Sədə vilayətində yerləşən xərçəng müalicə mərkəzi olan Rəsul Əzəm xəstəxanasını hədəf alıblar.
ABŞ-ın Yəmənə qarşı yeni hücum dalğası, Donald Trampın yeni əmri əsasında və sionist rejimə məxsus gəmiləri qorumaq məqsədilə başlayıb və hələ də davam edir.
Digər tərəfdən, sionist rejim Qəzzədə elan olunmuş atəşkəsə baxmayaraq, yeni hücum dalğasına başlayıb və bu hücumlar davam etməkdədir. Son günlər sionistlər Qəzzə zolağında xərçəng xəstələrinin müalicəsi üçün nəzərdə tutulmuş Turki əs-Sədaqa xəstəxanasını da bombalayıblar.
Fələstinin Səhiyyə Nazirliyi Qəzzədə verdiyi açıqlamada bildirib ki, 18 Martdan etibarən, İsrailin hücumlarını bərpa etməsi nəticəsində 730 nəfər şəhid olub, 1367 nəfər isə yaralanıb.

