Amerika döyüş təyyarələri son hücumlarında Yəmənin şimalındakı Sədə əyalətində tikilməkdə olan xərçəng müalicəsi mərkəzini bombalayıb və məhv ediblər.
Məlumata görə, ABŞ qırıcıları cümə günü gecə (21 Mart) Sədə vilayətinin qərbində yerləşən “Saqin” şəhərini bombalayıb.
Xəbər agentliklərindən birinin Yəməndəki müxbiri bu barədə xəbər verərək bildirib: Sədə vilayətində xərçəng müalicəsi mərkəzinin bombalanması əyalətdə 1150 xərçəng xəstəsinin problemlərini artıracaq.
Sədə vilayərinin icra hakiminin müavini Salah Cərad müsahibəsində bildirib: Sədə əyalətinin rəhbərliyi və Xərçənglə Mübarizə Fondu bu xəstəxananın tikintisi üçün çox çalışdılar. Sədədə xərçəng xəstələrinin sayının çoxluğunu nəzərə alaraq, bu layihə olduqca əhəmiyyətlidir.
Sədə Xərçənglə Mübarizə Milli Fondunun icraçı direktoru Həsən əl-Mətəaş bildirib: Bu vəhşicəsinə və cinayətkar hərəkəti qınayırıq. Xəstəxananın bombalanması, böyük bir tibbi layihə olaraq, tikintisinin son mərhələsində idi və Sədə xalqı, xüsusən də xərçəng xəstələri üçün müalicə sahəsində bir xəyal idi.
Sədə Xərçənglə Mübarizə Milli Fondunun İdarə Heyətinin sədri Abdullah əl-Hədavi isə bildirib: Xərçəng xəstələrinin sayı 1150 nəfərdir və biz ümid edirdik ki, bu layihənin açılışı ilə Sədə və hətta Səna, Həcce və Cauf kimi bölgələrdən gələn xəstələr də bu mərkəzdə müalicə oluna biləcəklər, lakin düşmən onu dağıtdı.