ABŞ mediaları sionist rejiminin baş nazirinin Amerika Konqresindəki çıxışına etiraz edən 300-dən çox insanın həbs olunması barədə məlumat yayıblar.
ABŞ mediaları çərşənbə günü səhər saatlarında sionist rejiminin baş nazirinin Amerika Konqresindəki çıxışına etiraz edən 300-dən çox insanın həbs olunması barədə məlumat veriblər.
Xəbər agentliklərindən biri bu şəxslərin, Amerikanın sionist rejiminə olan hərbi yardımları dayandırmasını tələb etdiklərini bildirərək yazıb: “Konqres binasının və Netanyahunun qaldığı hotelin girişinin ətrafında hasar çəkilib.”
Verilən məlumata əsasən, Konqres polisi və ABŞ Gizli Xidmətinin təhlükəsizlik qüvvələri Netanyahunun Vaşinqtonda olduğu vaxt ərzində təftiş və mühafizə fəaliyyətlərini gücləndiriblər.
Başqa bir xəbər agentliyi də hesabatında bildirib: “ABŞ Konqres polisi Netanyahunun çıxışına etiraz və Qəzzə müharibəsinə son qoymaq tələbi üçün Konqres binasına daxil olan nümayişçiləri həbs edib.”
Bundan öncə də yüksək səviyyəli demokrat “Chris Van Hollen” Netanyahunun Konqresdəki çıxışına qatılmayacağını bildirərək, öz həmkarlarından da bu işi görmələrini istəmişdi.