Fələstinli şəhidlərin sayının 20 400-ü keçdiyi halda, İsrail qəzeti Vaşinqtonun müharibə başlayan vaxtdan etibarən Tel-Əvivə 230 yük təyyarəsi və silah daşıyan 30 gəmi göndərdiyini bildirib.
İsrail qəzetlərindən biri həftənin bazar günü xəbər dərc edərək bildirib ki, ABŞ müharibə dönəmində Tel-Əvivə onlarla yük təyyarəsi və silah daşıyan gəmi göndərib.
Amerika Müdafiə Nazirliyi Dekabrın 9-u verdiyi bir bəyanatda bildirmişdi ki, Bayden hökuməti İsrail rejiminə 14 000 tank mərmisi satmaq üçün fövqəladə səlahiyyətlərindən istifadə edib və bu addım təsdiq üçün Konqresə müraciət olunmadan həyata keçirilib.
Sionist rejimi ordusunun Baş Qərargahının keçmiş rəis müavini “Yair Qolan” (bazar günü) İsrail qəzetlərindən birinə verdiyi müsahibəsində deyib: “İsrail ordusunun Qəzzədə yaratdığı çoxsaylı xarabalıqlara baxmayaraq, biz bu müharibədə yalnız Amerikanın yardımları ilə özünü müdaifə edə biləcək zəif tərəf kimi göründük.”
İsrail ordusunun Qəzzəyə hücumları nəticəsində minlərlə qadın və uşağın şəhid olduğu halda, ABŞ öz silah yardımlarını İsrailə göndərib.
Qəzzədəki Səhiyyə Nazirliyi ötən şənbə günü şəhidlərin sayına dair ən son statiskasında bildirmişdi ki, İsrailin hücumları nəticəsində 20 424 nəfər fələstinli şəhid olub, yaralıların sayı isə 54 036 nəfərə yüksəlib.
Livan İslam Müqavimətinin baş katibi Seyid Həsən Nəsrullah da Şəhidlər Günü münasibətilə etdiyi çıxışda demişdi ki, Qəzzə müharibəsini idarə edən Amerikadır.