Araşdırmaya görə, Amerika inkişaf etmiş 10 zəngin ölkə arasında ən pis tibbi sığortaya malikdir.
2004-cü ildən tibbi sığorta reytinqinin illik hesabatını hazırlayan özəl fondlardan birinin araşdırması Avstraliya, Hollandiya və İngiltərənin ən üstün tibbi sığortaya malik olduqlarını göstərib.
Bununla yanaşı, bu fondun açıqlamasına əsasən, Amerika bu cəhətdən “digər ölkələrdən çox fərqlənir.” Çünki onun tibbi sığorta sistemi digərləri ilə müqayisədə əhəmiyyətli dərəcədə aşağı nəticə göstərir.
Bu hesabatı hazırlayanlar Amerikanın hələ də sağlamlıq sahəsində zəif performans cəhətindən tamamilə müstəsna olduğunu qeyd ediblər.
Bu tədqiqat Avstraliya, Kanada, Fransa, Almaniya, Hollandiya, Yeni Zelandiya, İsveç, İsveçrə, İngiltərə və Amerikadakı tibbi sığorta sistemlərini sığorta əldə olunması, sığorta prosesi, inzibati səmərəlilik, bərabərlik və sağlamlıq nəticələri əsasında araşdırıb.
Heç bir ölkənin bütün sahələrdə davamlı olaraq yaxşı performansının olmaması ilə yanaşı, Amerika sığorta əldə olunması, sığorta prosesi, bərabərlik və sağlamlıq nəticələri baxımından sonuncu sırada qərarlaşıb.
Əlverişlilik bu ölkədə tibbi sığorta sisteminə çıxış əldə etmək istəyən amerikalılar üçün əsas mane olaraq qalır. Bu hesabata əsasən, bu mane “geniş yayılmış problem” olaraq təsvir edilib.
26 milyon amerikalının heç bir tibbi sığortasının olmadığı təxmin edilir. Bir çoxları isə özəl sığorta layihələrində çıxılan xərclərin artması səbəbilə tibbi sığortadan istifadə etmir.
Bu fondun 2022-ci ildəki araşdırması Amerikanın öz səviyyəsində olan ölkələrlə müqayisədə ana və övlad ölümündə, həmçinin müalicə edilə bilən yaxud qarşısı alına bilən xəstəliklər nəticəsində yaranan ölüm hallarında ən yüksək göstəriciyə malik olduğunu göstərib.
Bu hesabata əsasən, amerikalıların ömrü daha qısadır. Çünki Amerika sığorta sistemi lazımı qədər işləmir.
Bu araşdırma onu da göstərib ki, bəzi amerikalıların tibbi sığorta üçün qeydiyyatdan keçməmələrinin əsas səbəbi onların maddi durumlarıdır. Sığortasız müalicə xərcləri də yaşlı insanların yarısının tibbi xidmətlərdən üz döndərməsinə ya da təxirə salmasına səbəb olmuşdur.