Almaniyanın Tel-Əvivdəki səfiri 7 Oktyabrda təcavüz qurbanı olduğu iddia edilən şəxsdən dərc etdiyi məktubun saxta olduğunu etiraf edib.
Almaniyanın Tel-Əvivdəki səfiri Stefan Siebert X sosial şəbəkəsindəki istifadəçi hesabında 7 Oktyabrda “HƏMAS-ın kütləvi cinsi təcavüzləri”nə şahid olan kəslərdən birinin özünü öldürməsi ilə bağlı saxta xəbər dərc etdiyini etiraf edib.
O, ötən həftə bir məktub dərc edərək iddia edib ki, Oktyabrın 7-dən sonra “HƏMAS-ın cinayətləri”nə şahid olanlardan biri travma alıb və özünü öldürüb.
Siebert cümə axşamı günü X sosial şəbəkəsində yazıb: “Bir çoxları kimi bu intihar məktubunun doğru olduğuna inandığım üçün təəssüflənirəm. Məktub saxta çıxıb.”
Bu saxta məktub “Han Mazig” və “Aviva Klompas” adlı iki israilli təbliğatçı tərəfindən yayımlanıb.
Mazig iddia etmişdi: “7 Oktyabr qətliamından möcüzəvi şəkildə qurtulan bu israilli gənc çoxlu cinayətlər, o cümlədən bir qıza təcavüz olunmasını gördükdən sonra həyatına son qoymaq qərarına gəlib.”
O, əlavə etmişdi: “Gördüyü, təcrübə etdiyi və eşitdiyi cinayətlərin ağırlığı, həmçinin yaxınlıqda hücuma məruz qalan qızı xilas edə bilməməsi, həyatını davam edə bilməməsini hiss etməsinə səbəb olub.”
Mazig sionist rejiminin “Tel-Əviv İnstitutu” adlı təbliğat təşkilatlarından birinin əməkdaşıdır. Bundan öncə İsrail rejimi üçün Nitq Yazıları üzrə Direktor vəzifəsində çalışan Klompas indi “Sərhədsiz İsrail” adlı digər bir lobbi qrupunun baş direktorudur.
Bu iki şəxs ötən aylarda, 7 Oktyabrda HƏMAS qüvvələrinin israillilərə qarşı kütləvi təcavüzləri barəsindəki iddialarla bağlı çoxlu şayiələr yayıb.
Almaniyanın Tel-Əvivdəki səfiri Stefan Siebert də ötən aylarda dəfələrlə sionist rejiminin HƏMAS barəsindəki təbliğatlarına təkan verib.