Qərbli istifadəçilər sosial şəbəkələrdə Almaniya polisinin Fələstin tərəfdarlarına qarşı zorakı davranışlarını əks etdirən çoxsaylı şəkillər paylaşaraq yazıblar ki, bu ölkənin rəhbərləri İsrail əleyhinə dalğadan qorxurlar.
Almaniya polisinin İsrail əleyhinə etiraz zamanı bir qadını yerə yıxaraq sürükləməsini əks etdirən video sosial şəbəkələrdə geniş əks-səda doğurub.
Fələstin tərəfdarı olan bu qadın yerə sürüklənərkən “Fələstin azad olmalıdır” şüarını səsləndirir və sonda zor tətbiq olunaraq polis idarəsinə aparılır.
İstifadəçilər bu hərəkəti tənqid edərək yazıblar: “Bu, Alman polisinin öz vətəndaşlarına, İsrailə etiraz edən insanlara qarşı münasibətidir.”
Bu, Berlin polisinin zorakı davranışlarının istifadəçilərin diqqətini çəkdiyi ilk hal deyil. Son aylarda sosial mediada Alman polisinin Fələstin tərəfdarlarını zorakılıqla yatırtması ilə bağlı çoxsaylı görüntülər yayımlanıb. Bu görüntülərdə polis, etirazçıları döymək üçün yumruq və təpiklərdən istifadə edir.
Digər bir şəkil isə 70 yaşlı qadının polis tərəfindən zorla həbs edilməsini göstərir.
Sosial şəbəkə fəalları Alman polisinin davranışını tənqid edərək ölkədə söz azadlığı və demokratiyanın şübhə altına alındığını bildirib və yazıblar ki, Berlin söz azadlığını iddia etdiyi halda zorla Qəzzəni dəstəkləyən səsləri boğur.

İstifadəçilər aşağıdakı şəkli paylaşaraq vurğulayıblar ki, Alman polisi batonnan Fələstin tərəfdarlarına hücum edir.

Başqa bir şəxs xəbərdarlıq edib ki, Almaniya dövləti işi o həddə çatdırıb ki, Fələstin tərəfdarlarını İsrailin soyqırımını dəstəkləməkdə günahlandıraraq öldürə bilər.
Çox sayda istifadəçi isə Fələstin tərəfdarlarının cəsarətini tərifləyib və Alman polisi ilə üzbəüz olaraq onlara “Sizə ayıb olsun!” deyiblər.
Polisin ciddi basqısına baxmayaraq, Berlin şəhərində anti-İsrail etirazları sönməyib, əksinə davam edir.
Minlərlə alman ötən həftənin şənbə günü Berlin küçələrinə çıxaraq hökumətin İsrailə dəstəyinə etiraz edərək “Almaniya maliyyələşdirir, İsrail bombalayır” şüarları səsləndirib.