Səudiyyə rejimi “əqli mülkiyyət” bəhanəsi ilə saytlara qarşı susdurma-boğma siyasəti yürütməklə, Səudiyyə Krallığında internetin və sosial məkanın məhdudlaşdırılmasına başlayıb.
Rəsmi statistika göstərir ki, cari ilin əvvəlindən Səudiyyə hökuməti 317 saytı bağlayıb və 4 min 635 məzmunu əqli mülkiyyət qanunlarının pozulması bəhanəsi ilə silib.
Eyni istiqamətdə, Ali-Səud rejiminin sosial məkanda susdurma siyasətini nəzərə almaqla “Azadlıq Evi” (Freedom House) adlı beynəlxalq təşkilat 70 ölkənin şəraitini qiymətləndirdikdən sonra Səudiyyə Ərəbistanını, dünyada internet azadlığı sahəsində ən pis şəraitə sahib olan 5 ölkə sırasına daxil edib.
“Azadlıq Evi” təşkilatının sözlərinə görə, “Səudiyyə Ərəbistanı internet sahəsində ən çox senzuraya sahib olan və siyasi, ictimai ya dini məzmunu qadağan edən ölkələrdən biridir.”
Bu beynəlxalq təşkilat açıqlama verib ki, Səudiyyə hökuməti inernet senzurasının artırılması üçün yeni qanunlar qəbul edib. Bloqqerler ya informasiya və kommunikasiya texnologiyalarının istifadəçiləri həbs, uzun müddətli saxlanma, fiziki hücum yaxud qətl kimi problemlərlə üzləşiblər.
“Azadlıq Evi” bildirib ki, Səudiyyə hökumətinin muzdurları sosial Mediyada online söhbətləri izləyirlər və müxalifləri müəyyənləşdirməklə rejimi tənqid edənlərə yaxud insan haqları sahəsində aktiv təşkilatlara qarşı hücumlar həyata keçirirlər.
Bundan əvvəl də İnsan Haqları Standartları Təşkilatı, Səudiyyə Ərəbistanının insan haqları baxımından dünyanın “ən təhlükəli” ölkələrindən biri olduğunu açıqlamışdı.