Şərafətli İki Hərəm olan torpaqlarda rəqs məclislərinin və qəbahətli mərasimlərin keçirilməsi müsəlmaların böyük narahatlıq və qəzəbinə səbəb olub.
Ərəbistanlı fəal “ Muhəmməd əl-Haşimi əl-Hamidi” Twitter hesabında yazıb: Allaha xatir… Məkkədə Allah evinin himayəçisini Riyadda rəqs mərasimlərinin himayəçisi kimi görən zaman sizdə hansı hisslər yaranır?

Bundan əvvəl də Ərəbistanda İslam İslahat Hərəkatının rəhbəri “Səd əl-Fəqih”, Səudiyyə padşahlığında olan qeyri-rəsmi fahişəliyin və əxlaqi pozğunluğun təfərrüatını ifşa etmiş və demişdir ki, Səudiyyə hökuməti islahatçı fəalları yalnız bir Twitter yazısına görə zindana saldığı vaxt, aşkar şəkildə hotellərdə olan fahişəliyi himayə edir!!!