Xarici KİV-in verdiyi məlumata görə, Noyabrın 12-si Ali-Səud əsgərləri Yəmənlə həmsərhəd bölgələrdə afrikalı vətəndaşlara qarşı yeni cinayətlər törədiblər.
Səudiyyəli əsgərlərin caynağından canlarını qurtaran afrikalıların deyiblər: “Səudiyyəli əsgərlər təxminən 25 afrikalı və 8 yəmənlini kiçik bir otağa yığdıqdan sonra bu otağı elektrik cərəyanına qoşublar.”
Onlar həmçinin, vurğulayıblar: Səudiyyəli sərhədçilər mühacir dəstələrinə birbaşa atəş açırlar. Onlar adətən, mühacir toplaşmalarını dağıtmaq üçün mina atanlardan istifadə edirlər. Səudiyyəli sərhədçilər hər gün təxminən 5 mühaciri öz sərhədlərində öldürür və bundan bir neçə dəfə çox insanı yaralayırlar.
Yayılan videoda Səudiyyə əsgərlərinin əliylə öldürülən onlarla Efiopiya vətəndaşlarının cənazələri olan səhnələr göstərilib. Vətəndaşlardan biri vurğulayıb ki, adı çəkilən otaq hamam olub, ora elektrik cərəyanı qoşulduqdan sonra ordakı insanlar canlarını tapşırıblar.
Xarici KİV-dən biri həbs olunmuş bir sıra mühacirin şəkilini dərc edərək onu İŞİD cinayətinə oxşadıb. Sadəcə fərq bundadır ki, Səudiyyəli əsgərlərin onları öldürmək üçün İŞİD terrorçuları kimi bıcaqları yoxdur.
Bunula əlaqədar, Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığı ötən Avqust ayında vurğulayıb ki, Səudiyyə Ərəbistanı hökuməti Yəmənlə həmsərhəd bölgələrdə afrikalı mühacirləri məhv etmək üçün onları birbaşa hədəfə alır.
Bu Təşkilat, hesabatında müxbirlərinin 9 qətliam faktı qeydə aldıqlarını ifşa edib və bildirib ki, bu hadisələrdə 189-dan çox afrikalı immiqrant öldürülüb, təxminən 535 nəfər yaralanıb.
Bu Təşkilar, Yəməndə Səde vilayətinin şimalındakı afrikalı yurdsuzların cinayətə məruz qaldıqlarına işarə edərək deyib: Bu immiqrantlar ağır artilleriya və pulemyotlarla Səudiyyə sərhədçilərinin hədəfinə çevriliblər.

