Kiprin Akrotiri bazasında yerləşən Britaniya Hərbi Hava Qüvvələrinin HƏMAS-a qarşı casusluğunun davam etməsi İsrail rejiminin Qəzzəyə amansız hücumları başlayacağı təqdirdə bu cür məlumatlardan istifadə etmə ehtimalını artırır.
Xarici KİV-in verdiyi məlumata əsasən, Britaniyanın R-1 tipli casusluq təyyarələri Qəzzə səması üzərində uçmaqla yenə də İsrail rejimi üçün məlumat toplayırlar.
Britaniya mətbuatının məlumatına görə, Britaniya Hərbi Hava Qüvvələri HƏMAS və sionsit rejimi arasındakı atəşkəs günlərinin hamısında Qəzzə yaxınlığında müşahidə uçuşları həyata keçirib.
Bu təyyarələr Britaniyanın Kiprdəki hərbi bazasından hava qalxıblar. Atəşkəsdən öncə bu cür uçuşlar demək olar ki, hər gün həyata keçirilib və Britaniya hökuməti əsirlərin tapılmasında Tel-Əvivə yardım etdiyini iddia edib.
Aviasiya məlumatları göstərir ki, Oktyabr ayının 7-dən etibarən Britaniyanın Kiprdəki “Akrotiri” hərbi bazasından Tel-Əvivə 18 casusluq təyyarəsi uçub.
Akrotiri hərbi bazası ABŞ və Qərbin İsrail rejiminə silah yardımları göndərmək və Qəzzədə müharibənin davam etməsi, fələstinlilərin qətliam edilməsi məqsədi ilə maddi-texniki dəstək üçün əsas məkan idi.
İşçi Partyasının nümayəndəsi Brayan Leyşman bu barədə deyib: “Kiprdəki hərbi bazadan casusluq təyyarələrini işə salmaqla Qəzzə yaxınlığında davamlı istifadə edilməsi narahatlıq doğurur. Bu uçuşların məqsədi, göstərdiyi fəaliyyətlər və topladığı məlumatlarla baş verən hadisələr soruşulmalı və izah edilməlidir.”
Əsirlərin azad edilməsi zamanı Britaniya ordusunun HƏMAS-a qarşı casusluq edə bilməsi İsrail rejiminin Qəzzəyə qarş vəhşi hücumlarına başlayacağı təqdirdə bu cür məlumatlardan istifadə etmə ehtimalını artırır.