Qəzzə müharibəsinin başlanmasından bəri beynəlxalq ictimaiyyətin ciddi etirazlarına baxmayaraq, Ağ Evin sözçüsü bildirib ki, sionist rejimi Qəzzə zolağına hücumların yenidən başlanması ilə bağlı ABŞ prezidenti Donald Trampın hökuməti ilə məsləhətləşmələr aparıb.
Xarici KİV-in verdiyi məlumata görə, Ağ Evin sözçüsü Karolin Levit müsahibəsində bildirib ki, Qəzzə müharibəsinin yenidən başlaması Vaşinqtonla koordinasiya şəraitində həyata keçirilib.
Xəbər agentliklərindən birinin məlumatına əsasən, Levit bu barədə belə deyib: “Tramp hökuməti və Ağ Ev İsraillilər tərəfindən bu gecə Qəzzəyə ediləcək hücumlar barədə məsləhətləşmələr aparıblar.”

O, daha sonra ABŞ prezidenti Donald Trampın İran, Husi və HƏMAS-a qarşı bir daha yalançı təhdidlərini təkrarlayaraq, onların cəza almalı olduğunu və “cəhənnəm yaradılacağını” bildirib.
Sionist rejimin ordusu bu səhər, rejim rəhbərliyinin göstərişi ilə, Qəzzə zolağının müxtəlif nöqtələrinə qarşı genişmiqyaslı hücumlara yenidən başlayıb.
Qəzzə İctimaiyyətlə Əlaqələr Bürosu sionist rejiminin Qəzzə zolağına hücumlarını kəskin şəkildə pisləyib və eyni zamanda, İsrail ordusunun Qəzzə zolağında “vəhişi cinayətlər” törətdiyini bəyan edib.
Məlumatlara əsasən, bu hücumlar nəticəsində Qəzzə zolağında 400-dən çox fələstinli şəhid olub və yüzlərlə insan isə yaralanıb.