UNRWA-nın maliyyə dəstəyinin dayanadırılması işğal olunmuş Fələstinin daxilində və xaricində milyonlarla fələstinlinin kütləvi cəzalandırılması deməkdir.
Bu cəzalandırma sionist rejiminin Qəzzədəki 2 milyondan çox fələstinin qətliamına məşğul olduğu bir vaxtda baş verir. Amerika və bir neçə Qərb ölkəsinin UNRWA-ya olan yardımlarının təxirə salınmasına dair son qərarı bu qətliamda açıq-aşkar iştirak etmək və bir milləti tamailə ac qoymaq deməkdir.
Qəzzədəki on minlərlə, hətta yüz minlərlə fələstinli sionist rejiminin təcavüzləri, evlərinin bombalanması və qətliam üzündən yurd-yuvalarını tərk etməyə məcbur olub.
Onların bəzisi UNRWA məktəblərinə sığıb, amma bu məktəblər də işğalçı sionist rejiminin hücumlarından amanda qalmayıblar.
Çoxlarının sığınacağı yoxdur ya da yaşadıqları çadırlar onları şiddətli soyuqdan qoruya bilmirlər.
Onlar hər şeydən, hətta su və çörəkdən də məhrumdurlar, amma sionist rejimi və UNRWA-dan maliyyə dəstəklərini kəsən bütün ölkələr UNRWA tərəfindən onlara yetişən azacıq humanitar yardımları da kəsməyə çalışırlar. Xatırlatmaq lazımdır ki, həmin yardımlar Qəzzə əhalisinin 5-7% ehtiyacını təmin edirdi.
Birləşmiş Millətlər Təşkilatının rəsmiləri bu ölkələrdən qərarlarını yenidən nəzərdən keçirmələrini istəyiblər və 2 milyon Qəzzə vətəndaşının həyatının davam etməsi üçün həyatı əhəmiyyət kəsb edən bu yardımların xətərə düşdüyü barədə xəbərdarlıq ediblər.