Xəbər mənbələri dünən (cümə axşamı) axşam Amerika və İngiltərənin Yəmənin qərbində yerləşən Hudeydə əyalətinə hava hücumu təşkil etdikləri barədə məlumat veriblər.
Xarici KİV-in verdiyi məlumata görə, Amerika və İngiltərənin təyyarələri keçirdikləri birgə hücumda Yəmənin Hudeydə əyalətindəki əs-Səlif şəhərini hədəfə alıblar.
Bu hücumla bağlı geniş məlumat verilməyib.
Yəmənin müxtəlif bölgələri, xüsusən də Hudeydə vilayəti son aylarda ABŞ və İngiltərənin hücumlarına məruz qalıblar. Bu hücumlar sionist rejiminə tətbiq edilən dəniz mühasirəsinin dayandırılmasından ötrü Yəmənin milli hökumətini təzyiq altına salmaq məqsədi həyata keçirilir.
Yəmən ordu qüvvələri sionist rejiminin Qəzzəyə olan hücumlarını dayandırmadığı vaxta qədər Qırmızı dənizdə bu rejimə aid gəmilərə yaxud işğal olunmuş torpaqlara gedən gəmilərə hücumu davam etdirəcəklərinə dair söz veriblər.