Təcavüzkar ABŞ və İngiltərə koalisiyası bugün (çərşənbə axşamı) səhər saatlarında Yəmənin qərbində yerləşən əl-Hudeydə vilayətinin bir neçə bölgəsini bombalayıb.
Bu təcavüzkar koalisiya dünən də Yəmənin şimalında yerləşən İmran və Sədə vilayətlərində də bəzi bölgələri bombalayıblar.
Bu hücumlar Yəmən ordusunun Qəzzə zolağındakı Fələstin xalqının müqavimətini dəstəkləmək yolunda sionist rejiminə qarşı dəniz mühasirəsinə başlamasından və sionist gəmiləri yaxud işğal olunmuş torpaqlara gedən gəmiləri Qırmızı dənizdə və Babul-Məndəb boğazında hədəf alacağı ilə bağlı xəbərdalıq etdiyindən sonra baş tutub.
Yəmən ordu qüvvələri İsrail rejiminin Qəzzəyə olan hücumlarını dayandırmayana qədər bu rejimə aid gəmiləri və ya işğal olunmuş torpaqlara gedən gəmiləri Qırmızı dənizdə hədəf almağa davam edəcəyinə söz verib.
Yəmən ordu qüvvələri vurğulayıblar ki, Ədən körfəzi və Qırmızı dənizdə digər ölkələrin gəmilərinin hərəkəti azaddır və onlar tam təhlükəsizliyə sahibdirlər.