ABŞ və İngiltərə qırıcıları Yəmənin qərbində yerləşən beynəlxalq əl-Hudeyda hava limanına 6 dəfə hücum ediblər.
Yəmən TV kanallarından biri çərşənbə günü, ABŞ və İngiltərəyə aid qırıcıların bu ölkənin hava məkanına təcavüz etdiyini açıqlayıb. Həmçinin bildirib ki, bu hücumda əl-Hudeyda hava limanı 6 dəfə hədəf seçilib.
Yəmən mediaları hava limanına dəymiş ziyanın həcmi və mümkün itkilər barəsində daha çox məlumat dərc etməyib.
Amerika və İngiltərə ötən aylar ərzində Yəmən torpaqlarına onlarla hücum edib.
Bu hücumlar Yəmən Silahlı Qüvvələrinin Fələstin xalqını dəstəkləmək üçün İsrail gəmilərinin və həmçinin, məqsədləri işğal olunuş Fələstin əraziləri olan gəmilərin Babul-Məndəb boğazından keçməyə icazə verməməsindən sonra başlayıb.
Amerika və İngiltərə digər bir neçə ölkənin əməkdaşlığı ilə Qırmızı dənizdə hərbi koalisiya yaratmaqla Yəmən torpaqlarına hücuma başlayıblar. Amma bu hücumlardan bir neçə ay keçməsinə rəğmən, Yəmən Silahlı Qüvvələrinin əməliyyatları dayanmayıb və davam edir.