Xəbər mənbələri ABŞ və Böyük Britaniya koalisiyasının Yəmənə qarşı son təcavüzkar hücumlarında 132 yəmənli vətəndaşın şəhid olduğunu və yaralandığını bildiriblər.
Yəmənin Ansarullah rəsmi xəbər portalının məlumatına görə, Yəmən Səhiyyə Nazirliyi bildirib ki, ABŞ-ın Sana, Səda və Beyda vilayətlərində mülki şəxslərə qarşı həyata keçirdiyi təcavüzkar hücumlar nəticəsində 132 nəfər şəhid olub və yaralanıb.
Yəmən Səhiyyə Nazirliyi bəyanatında vurğulayıb ki, ilkin statistikaya əsasən, bu hücumlarda 31 mülki şəxs şəhid olub, 101 nəfər isə yaralanıb və onların əksəriyyəti qadınlar və uşaqlardır.
Nazirlik ABŞ-ın Yəməndə mülki şəxslərə və yaşayış bölgələrinə qarşı həyata keçirdiyi təcavüzü qınayaraq vurğulayıb: Bu tam miqyaslı müharibə cinayəti və bütün beynəlxalq qanun və qaydaların açıq şəkildə pozulmasıdır.
Bazar günü səhər saatlarında Sana, Səda, Zəmar, Mərib və Təz şəhərlərinin yaşayış məhəllələri və şəhər infrastrukturu ABŞ və Böyük Britaniyanın hava hücumlarına, eləcə də Amerika hərbi gəmilərinin Qırmızı dənizdən atdığı raket zərbələrinə məruz qalıb.
Ənsarullah hərəkatının siyasi ofisi bəyanat yayaraq bildirib: ABŞ və Böyük Britaniyanın Səna şəhərinin yaşayış məhəllələrinə hücumları düşməncəsinə və cinayətkar bir addımdır. Bu təcavüz cavabsız qalmayacaq və Yəmən silahlı qüvvələri bu hücumlara cavab verməyə tam hazırdır.