ABŞ BMT-nin Təhlükəsizlik Şurasında veto haqqına sahib olmayan 6 yeni daimi kürsü yaratmaqla, elə bir planın ardıncadır ki, onun vasitəsilə dost saymadığı qüvvələri çıxarıb, öz müttəfiqlərini oraya artırsın.
BMT-nin yaradılmasından və Rusiyanın, Ukraniyaya hücumunun pislənilməsini veto etməsindən sonra ilk dəfə olaraq Qərbin bu hüququn çatışmazlığını başa düşdüyü görünür.
Rusiyanın veto haqqından istifadə etməsini tənqid edən Qərb Rusiya və Çindən çox o haqdan istifadə etdiyinə, həmişə ABŞ-ın sionist rejiminin fələstinlilərə və digər ərəb xalqlarına qarşı cinayətlərinin pislənilməsinin qarşısını almaq üçün ondan istifadə etməsinə işarə etmir. Baxmayaraq ki, “İsrail” Qərbin fəxr etdiyi beynəlxalq hüquq əsaslarını aşkar şəkildə pozur.
Həmçinin sonda ABŞ-ın monopolyar sistemin (tək qütblü sistem) çökməsini qəbul etdiyi görünür. Əgər bu hadisə baş verərsə, BMT üçün nəzərdə tutulmuş rol ortada qalmayacaq. Ev sahibliyi, daimi üzvlülük və veto haqqına sahib olma kimi üstünlüklərə malik olan Amerika həmişə BMT-dən alət kimi istifadə edib. Buna görə də, bu üstünlüklərin əldən çıxmasına dözməyəcək. Bu üzdən də, ehtimal olunan nəticələri minimuma endirməklə yanaşı, profilaktik tədbirlər görərək özünü digər ölkələrin himayəçisi kimi göstərməyə çalışır.