Xəbər mənbələri bildiriblər ki, ABŞ qüvvələri Suriyanın şimal-şərqində 230 kürd silahlısına hərbi təlim keçir.
Xarici KİV-in verdiyi məlumata görə, ötən həftənin bazar ertəsi günü, 30 ABŞ hərbiçisi Şədadi məntəqəsində “Xalq Müdafiəçiləri Birlikləri” qüvvələrinin 230 kürd silahlı üzvü üçün hərbi təlimlərə başlayıblar.
Verilən hesabata əsasən, bu hərbi təlimlər Şədadinin “Şeyx Osman” kəndində başlayıb. Kürd silahlıları üçün nəzərdə tutulan təlimlər snayper silahlarından və artilleriyadan istifadə qaydaları, hərbi müdafiə üsulları və həmçinin, Amerika istehsalı olan “Bradley” zirehli maşınlarından istifadə qaydalarıdır.
Həmçinin, bildirilib ki, ABŞ hərbi helikopterləri təlim məntəqəsinin ətrafında kəşfiyyat uçuşları yerinə yetiriblər və təlimlərin bir neçə gün olacağı gözlənilir.
2017-ci ilin Noyabr ayında ABŞ-ın Suriyadakı hərbi qolu olan İŞİD terror qruplaşmasının məğlubiyyəti ilə ABŞ qüvvələri bu qruplaşmanın yerini tutdular və elə həmin vaxtdan İŞİD-in əvəzinə Suriya neftini oğurlamağa başladılar.
ABŞ qüvvələrinin və onların himayəsi altında olan Əl-Həsəkə və Suriyanın digər şimal bölgələrindəki “Suriya Demokratiya Qüvvələri” adlı silahlılarının işğalında olan məntəqələr, suriyalı vətəndaşlarının işğalçıların və silahlıların yerli sakinlərə qarşı terror aktları törətmələrinə qarşı etirazlarına şahid olur.
Suriya hökuməti dəfələrlə vurğulayıb ki, ABŞ ordusunun, onun dəstəklədiyi silahlıların Suriyanın şərqində və şimal-şərqində bu ölkənin neftini qarət etməkdən başqa heç bir məqsədləri yoxdur. Onların oradakı möcvudluğu qeyri-qanunidir.