ABŞ saytı vurğulayıb ki, Vaşinqton hələ də İŞİD terror qrupu ilə iddia etdiyi mübarizədən, hərbiçilərinin Suriya torpağında qeyri-qanuni mövcudluğunu əsaslandırmaq üçün bir bəhanə olaraq istifadə edir.
ABŞ Nümayəndələr Partiyasının keçmiş üzvü və 2008-ci ildəki prezident seçkilərində namizəd olan Ran Pel, bu saytda bir məqalədə yazıb ki, ötən həftə Suriyanın şimal-şərqində ABŞ qüvvələrinə qarşı hücumlar artıb və Suriyadakı 900 ABŞ hərbiçisinə qarşı daha çox hücumların olması mümkündür. Növbəti dəfə ABŞ qüvvələrinin daha çoxunun öldürülməsi mümkündür.
Pel, Vaşinqtonun qatı düşməni olan Çinin vasitəçiliyi ilə İran-Ərəbistan əlaqələrindəki son dəyişikliklərə işarə edərək deyib: Ötən ayda Orta Şərqdə baş verən köklü dəyişikliklər, ABŞ-ın Suriyada və İraqdakı işğalçılığının davamlılığının mümkünsüz olduğunu göstərir.
O, sözlərinin davamında deyib: ABŞ Suriyanın neft və kənd təsərrüfatı olan böyük bir hissəsini, ABŞ transmilli şirkətlərin təbii resursların oğurlanmasından yararlanması üçün işğal edib. Bu iş, Suriyanın öz təbii sərvətlərindən ölkənin yenidən qurulması istiqamətində istifadə edə bilməməsinə səbəb olub. Aydındır ki, nəyə görə ABŞ Orta Şərqdə çox sevilmir!
Bu yazıçı, bildirib: Orta Şərqin Amerika tərəfindən işğalının sonu yaxınlaşır və bu mözvunu hər nə qədər tez başa düşsək, bir o qədər yaxşıdır. Biz Orta Şərq ölkələrinin siyasətlərinə müdaxilə etmək və torpaqlarını işğal etməklə, onların resurslarını oğurlamaq istəmirik. Amerikalılar Amerikanı bütün düşmənləri qarşısında müdafiə etmək üçün orduya birləşiblər, amma (ordu) paytaxtın rüşvətxor məmurları tərəfindən xarici torpaqların işğalı və onların neftinin oğurlanması üçün sui-istifadə olunur. Ola bilsin elə buna görədir ki, ABŞ ordusu öz məqsədlərinə çata bilmir.
Reynolds deyib ki, ABŞ-ın keçmiş prezidenti Donald Tramp, 2019-cu ilin Mart ayında İŞİD-in məhv olmasını elan edib. Amma ABŞ hökumətinin Suriyanın neft yataqlarına nəzarət prosesini belə bir şəkildə sürətləndirməyi, bu mənadadır ki, hətta əgər İŞİD aradan getsə də, ABŞ, terrorçuların qayıtmasının qarşısını almaq bəhanəsi ilə yenə də Suriyanın bəzi hissələrinin işğalına davam edəcək.