ABŞ qəzetlərindən biri ötən yazda Fələstini dəstəkləyənlərin etirazları keçirildikdən sonra Amerika universitetlərində yeni sərt qaydaların tətbiqi barədə məlumat verib.
ABŞ-ın bu məşhur qəzetinin hesabatına əsasən, ötən yazda Fələstini dəstəkləyən tələbələrin etirazları yatırıldıqdan sonra kolleclər və universitetlər etirazlarla bağlı qanunları çətinləşdirib, universitetlərin ətraf qapılarını bağlayıb və daha sərt cəzalar nəzərdə tutublar.
Harvard Universitetinin tədqiqat bölmələrindən birinin açıqlamasına görə, ABŞ universitetləri atılan sərt addımların ardınca cari semestrdə 950-dən az hadisəyə şahid olub. Bu da ötən semestrdə baş verən 3000 etirazla müqayisədə əhəmiyyətli dərəcədə azalma olduğunu göstərir. Cari ildə həbs olunanların sayı isə 50 nəfər elan olunub ki, bu da ötən semestrdə 3000-dən çox həbs olunan şəxslə müqayisədə diqqət ediləsi bir məsələdir.
Dünyada tanınmış təhsil mərkəzlərindən biri olan “Harvard” Universitetindəki sərt addımlar fəalların və tədqiqatçıların diqqətini çəkib. Bu universitet onlarla tələbə və elmi heyət üzvünün kitabxana stolları üzərində Qəzzə müharibəsinə etiraz olaraq dinc etiraz aksiyası keçirdikdən sonra müvəqqəti olaraq onların kitabxanaya girişinə qadağa qoyulub.
“Bloomington Indiana” Universiteti də Qəzzə müharibəsi qurbanları üçün təkcə şam yandıran etirazçı tələbələrə yeni inzibati qanunlar tətbiq edib.
Həmçinin “Pensilvaniya” Universitetinin məsul şəxsləri və əllərində “kəmər tokası” olan polis zabitləri tələbələri hər növ etirazdan çəkindirib və nəticələri barədə xəbərdarlıq ediblər.
“Amerika Universitet Professorları Assambleyası”nın (American Association of University Professors) rəhbəri və Rutgers Universitetinin Media Tədqiqatları dosenti Todd Volfson bu qayda və məhdudiyyətlərin insanların qorxusuna səbəb olduğuna inanır.
O, əlavə olaraq deyib: “Onlar nəzarət altında olduqlarını hiss edirlər. Mən çox sərt özünüsenzuranın baş verdiyini düşünürəm.”