ABŞ hökümətində Qərbi Asiya məsələləri üzrə yüksək rütbəli rəsmi şəxs olan Brett Mc Gurk İran barəsində deyib: “Biz alternativ proqram istiqamətində hərəkət edəcəyik. Yəni siyasi təcrid, embarqo, hərbi əməliyyat və təxribatçı tədbirlərin həyata keçirilməsi.”
Xarici KİV-in verdiyi məlumata görə, ABŞ hökümətində Qərbi Asiya və Şimali Afrika məsələləri üzrə yüksək rütbəli rəsmi şəxs olan “Brett Mc Gurk”-un gizli səs yazısı yenicə ifşa olunub. Bu səs yazısına əsasən, demək olar ki, ABŞ JCPOA-ya qoşulmağı İranın bir birinci dərəcəli düşməni olan sionist rejimi ilə həmahəng edirdi. Mc Gurk bu barədə deyib: “Bizim JCPOA-ya olduğu kimi qayıtmaq yaxud uzun müddətli və daha güclü razılaşma əldə etmək üzərində israillilərlə fikir ayrılığımız vardı. Mənim fikrimcə, JCPOA-ya qayıtmağın çox zəif ehtimalı var və biz (İrana nisbətdə) alternativ plana (B planı) doğru hərəkət edirik.”
O, alternativ yollar barəsində deyib: “Diplomatik təcrid, embargo, hərbi əməliyyat və təxribat tədbirləri (kimi yollar),”
Baxmayaraq ki, Mc Gurkun İran barəsində dediyi həll yolları yeni bir şey deyil və illərdir ki, İran xalqı ilə mübarizə aparmaq üçün ABŞ tərəfindən izlənilir, amma ABŞ-ın İranla düşmənçiliyini növbəti dəfə nümayiş etdirib və ABŞ-ın İranla düşmənçiliyinin müzakirə ilə, JCPOA-la bitməyəcəyini göstərib. Bundan əlavə, bu açıqlamalar ABŞ-ın İranda istənilən yolla çevriliş etmə cəhdinin təsdiqləyicisidir.
Digər bir məqam odur ki, ABŞ-ın İranda təxribat tədbirlərini vurğulaması bu ölkənin küçə iğtişaşları yaratmaqdakı rolunun göstəricisidir.