Yəmənin Ənsarullah hərəkatı bazar günü gecə ABŞ-ın ölkənin paytaxtı Sənada Şəb əl-Haffə bölgəsinə endirdiyi hava hücumunda şəhidlərin sayının artdığını açıqlayıb.
Yəmənin Ənsarullah Teleqram kanalı yazıb: Amerikanın bazar günü gecə paytaxt Sənanın Şüub bölgəsindəki Şəb əl-Haffə bölgəsinə endirdiyi hava hücumunda şəhid olanların sayı 4-ə və yaralananların sayı isə 25-ə çatıb.
Yəmən Ənsarullah hərəkatı bu hücumun şəhidlərindən ikisinin qadın olduğunu qeyd edərək əlavə edib: Həmçinin bu cinayətdə yaralananlardan 11-i qadın və uşaqlardır.
Bundan əvvəl Yəmən Səhiyyə Nazirliyinin sözçüsü bəyan etmişdi ki, bazar günü gecə ABŞ-ın Sənanın Şüub bölgəsinə endirdiyi hava hücumu nəticəsində ilkin statistikaya əsasən, 3 nəfər həyatını itirib, 6 nəfər isə yaralanıb.
ABŞ və İngiltərə sionist rejimə dəstək olaraq 2025-ci il Martın 15-də Yəmənə qarşı hava hücumlarına başlayıb və bu ölkənin yaşayış məntəqələri və mülki mərkəzlərini hədəf alıb.
Yəmən silahlı qüvvələri də Qəzzə zolağına təcavüz tamamilə dayandırılana və bölgənin mühasirəsinə son qoyulana qədər Amerikanın təcavüzkarlığı ilə mübarizəyə və İsrail gəmilərinin keçidinə mane olmağa davam edəcəklərini vurğulayıblar.