Xarici KİV-in verdiyi məlumata görə, ABŞ Ədliyyə Nazirliyi hüquqi məsləhət rəyi zamanı, Riyadın tənqidçi jurnalisti “Camal Qaşıqçı”-nın qətli ittiahımda Səudiyyə Ərəbistanı vəliəhdi “Muhəmməd ibn Salman”-nın toxunulmaz olduğu qənaətinə gəlib.
Xarici KİV-in verdiyi məlumata əsasən, bu məsləhət rəyi qətlə yetirilmiş jurnalistin nişanlısı “Xədicə Çingiz” və indiki Ərəb dünyasının Demokratik Təşkilatı tərəfindən Səudiyyə Ərəbistanı vəliəhdi və onun yoldaşlarına qarşı irəli sürülmüş şikayətin Vaşinqton Federal Məhkəməsində baxıldığı vaxt açıqlanıb.
Bu məhkəmənin hakimi ABŞ hökumətinə Noyabrın 17-i gecə yarısına kimi möhlət vermişdir ki, Muhəmməd ibn Salmanın vəkilinin müvəkkilinə yüksək vəzifəli olduğuna görə qanuni toxunulmazlıq verilməsinə dair istəyi barəsində fikir bildirsin. Halbuki, Vaşinqtonun fürsəti vardı və öz nəzərini qətiyyən bildirməyə bilərdi.
ABŞ mediyaları iddia ediblər ki, bu istəyin icbari olmadığına baxmayaraq, sonda hakim tərəfindən toxunulmazlığın verilməsi qərara alınıb və Ağ ev də onunla razılaşıb.
Qaşıqçının nişanlısı da bu xəbər dərc olunduqdan sonra öz Twitter səhifəsində yazıb: “Bugün Camal növbəti dəfə öldü. Biz fikirləşirdik ki, ola bilsin Amerikada ədalətin icrası üçün bir işiq görünsün. Amma yenə də pul birinci oldu. Bu, elə bir dünyadır ki, mənim və Camalın ondan xəbəri yox idi…!”
Ərəbistanlı jurnalist Camal Qaşıqçı, 2018-ci ilin Oktyabrında İstanbul şəhərində yerləşən Səudiyyə Ərəbistanı konsulluğuna müraciəti zamanı Riyad rejiminə bağlı qüvvələr tərəfindən öldürülmüş və bədəni tikə-tikə olunmuşdur. Başlanğıcda ABŞ kəsfiyyat qüvvələri bu əməliyyatın Muhəmməd ibn Salmanın göstərişi ilə yerinə yetitildiyi fikrində idilər.
Keçən ay Ərəbistan padşahı Məlik Salman, ölkənin Nazirlər Kabinetinin stukturunun bəzi dəyişikliyi yönümündə Muhəmməd ibn Salmanı Riyad Nazirlər Şurasına sədr təyin edib. Bu təyinat zamanı, Muhəmməd ibn Salmanın vəkilləri ABŞ məhkəməsinə bildirmişdirlər ki, Səudiyyə Ərəbistanı vəliəhdinin Nazirlər Şurasının sədri ünvanlı yeni postu, onun Camal Qaşıqçı məsələsindəki təqibdən məhkəmə toxunulmazlığına səbəb olacaq.
Xarici KİV-dən biri, bir hesabatda yazıb: İbn Salmanın vəkillərinin bu açıqlamaları, onun elə bu səbəbdən ( Qaşıqçının qətlindən toxunulmazlıq əldə etmək) bu məqama seçilməsi barəsindəki fərziyyələrin təsdiqləyicisidir.