İsraillilər HƏMAS müqavimət hərəkatının humanitar yardımı oğurladığını və hazırkı şiddətli qıtlığa səbəb olduğunu iddia edərək Qəzzəyə daşınmalara mane olsa da, New York Times şənbə günü “BMT-ə aid yüklərin davamlı oğurlanmasına” dair heç bir dəlil olmadığını vurğulayıb.
İsrail rejimi uzun müddətdir ki, Qəzzəyə humanitar yardımların göndərilməsini ya məhdudlaşdırır ya da tamamilə dayandırır və bəhanə gətirir ki, HƏMAS bu yardımları Qəzzə əhalisinə nəzarət vasitəsi kimi ələ keçirir.
Lakin New York Times qəzetinin yazdığına görə, İsrail ordusu indiyə qədər Fələstin Müqavimət Hərəkatının BMT-nin yardımlarını sistematik şəkildə mənimsədiyini sübut edən heç bir dəlil tapmayıb.
Birləşmiş Millətlər Təşkilatı demək olar ki, müharibə boyunca Qəzzəyə ən böyük təcili yardım təminatçısı olub. Bu faktı İsrail ordusunun iki yüksək rütbəli zabiti və daha iki israilli mənbə Amerika qəzetinə verdikləri müsahibədə təsdiqləyiblər.
Hazırda bölgədə aclığın səviyyəsi kritik həddə çatıb və İsrail Qəzzədəki müharibə metodları və onun səbəb olduğu humanitar fəlakət səbəbilə getdikcə daha çox beynəlxalq təzyiqlərlə üzləşir. Qəzzədəki həkimlər bildirinlər ki, getdikcə daha çox pasiyent aclıqdan əziyyət çəkir və həyatını itirir.

Avropa İttifaqı və azı 28 dövlət, o cümlədən İsrailin müttəfiqləri olan Böyük Britaniya, Fransa və Kanada birgə bəyanatda İsrailin bu siyasətini qınayıb və bildiriblər ki, sionist rejim yardımları iki milyon fələstinliyə “damcı-damcı” çatdırır.