ABŞ və sionist mənbələri HƏMAS-ın yüksək rütbəli rəsmisinə qarşı terror əməliyyatı barəsində iki tərəf arasındakı razılaşmaya dair yeni təfərrüatlar təqdim ediblər.
Xarici KİV-in verdiyi məlumata görə, ABŞ qəzetlərindən biri İsrail rejiminin HƏMAS rəhbərinin Livandakı müavini Şeyx Saleh Əl-Aruriyə qarşı terror aktı zamanı ABŞ-ı bu əməliyyatın icrası barəsində məlumatlandırdığını iddia edib.
Amerika və İsrail mənbələrinə yaxın olan bu media Ağ Evin iki rəsmisinə istinadən yazıb ki, Livanın cənubunda HƏMAS-ın yükək rütbəli rəsmisinin öldürülməsi ilə nəticələnən hücumun səbəbkarı İsrail olub.
Bu amerikalı iki rəsmi şəxs İsrailin hücumdan əvvəl Vaşinqtonu məlumatlandırmadığını iddia edib.
İsrailli yüksək rütbəli bir rəsmi şəxs də vurğulayıb ki, Tel-Əviv əməliyyatdan əvvəl Co Bayden administrasiyasına məlumat verməyib. Bununla yanaşı, o, bildirib ki, İsrail “əməliyyatı icra edən zaman” Co Bayden administrasiyasını məlumatlandırıb.
Xəbər mənbələri sionist rejiminin Beyrutun cənubi Zahiyə bölgəsindəki dron hücumu nəticəsində Şeyx Saleh Əl-Arurinin şəhid olduğu haqda məlumat veriblər. Livanlı mənbələr bildiriblər ki, bu dron HƏMAS-a aid bir ofisi hədəfə alıb və nəticədə 3 nəfər şəhid olub, 11 nəfər isə yaralanıb.

Fələstin İslami Müqavimət Hərəkatı (HƏMAS) bəyanat yayaraq, sionistlərin Livanın cənubuna olan dron hücumu zamanı hərəkatın siyasi ofisinin rəhbər müavini Saleh Əl-Arurinin və Əl-Qəssam komandirlərindən ikisinin şəhadətini rəsmi şəkildə təsdiqləyib.
Əl-Aruri bundan öncə verdiyi bir müsahibədə bildirmişdi ki, şəhadətə hazırdır: “Şeyx Əhməd Yasindən tutmuş ən son adama qədər HƏMAS hərəkatında hamımız şəhadətə namizədik… Mən elə indinin özündə çox sağ qalmışam və fikirləşdiyimdən çox yaşamışam. Salam olsun şəhadətə!”
O, həmçinin demişdi ki, “hər gün Muhəmməd Deyfi (Əl-Qəssamın baş komandiri) öldürməyə çalışırlar və İnşallah o, Qüdsə daxil olacaq.”