Ərəb və Fələstin vətəndaşları ABŞ prezidentlərinin hər birinin adını eşitdikləri vaxt işğalçı sionist rejimin on illiklər boyunca ABŞ-ın hərbi, silah və diplomatik dəstəyi ilə işğal olunmuş Fələstin torpaqlarında törətdiyi cinayətləri ixtiyarsız olaraq xatırlayırlar.
Bu məsələ ərəblərin, fələstinlilərin və həmçinin dünyanın cənub yarım kürəsinin zülmə məruz qalmış bütün ölkələrin ağıl və məntiq mayası ilə o qədər qarışıb ki, sionist İsrail rejiminin ABŞ-ın özü olduğuna əmin olublar.
Qondarma İsrail rejimi yarandığı vaxtdan və 1948-ci ildəki Nikbət hadisəsindən (Fələstinin işğal olunması) sonra Amerika prezidentlik vəizifəsində fərqli insanları dünyaya tanıtdırıb. Amma onların siyasi və sosial ideologiya və inanclardakı fərqlərinə baxmayaraq, bir şey üzərində bir-biri ilə razıdırlar və o, qondarma “İsrail” rejiminə olan dəstəklərinin davam etməsidir.
Harri Trumen – sionist rejiminə rəsmiyyət bağışlayan ilk şəxs
ABŞ Harri Trumenın dövründə ilk ölkə idi ki, Fələstinın yüzlərlə kənd və şəhərinin dağıntıları üzərində David Ben-Qurion tərəfindən 1948-ci ilin May ayında bu rejimin yaradılması elan olunduqdan dərhal sonra bu xərçəng vəzisini rəsmi olaraq tanıdı. Oranın əsl sakinlərini, yəni fələstinliləri sionist qrupları vasitəsi ilə həyata keçirdiyi cinayətlər, vəhşi hücumlar və bombardmanlar altındakı qətliamlarla didərgin saldı.
Amerikanın bu mənfur rejimə rəsmiyyət verməsi onun bu cinayətkar və işğalçı rejimə geniş həcmli iqtisadi, hərbi, silah və siyasi dəstəklərinin başlanğıcı idi.
Trumen 1946-cı ildə yəhudilərin işğal olunmuş Fələstinə hicrət etmələri üçün qapıları açmaqla öz dəstəyini açıqladı və o zamanda işğalçı güc olan Britaniyadan yəhudiləri işğal olunuş torpaqlara köçürülməsini asanlaşdırmasını istədi.

Eyzenhaver – İsrailə qəzəbli və onu dəstəkləməyə can atan şəxs
Tarixi mənbələr göstərir ki, Eyzenhaver ABŞ-ın regiondakı maraqlarının təhlükəyə düşməsindən qorxduğuna görə, işğalçı Fransa və Britaniya güclərinin 1956-cı ildə Misirə qarşı birgə təcavüzkarlığından qəzəbli idi. Çünki o, fikirləşirdi ki, bu birgə əməliyyat dünyanın diqqətini Macarıstan inqilabından Sovet İttifaqına yönəldib.
Eyzenhaverin sionist rejiminə qarşı “qəzəbinə” və bu rejimi Qəzzə və Sinadan geri çəkilməyə vadar etməsinə baxmayaraq, yenə də ərəb və İslam regionundakı bu xərçəng vəzisinin mövcudluğunu dəstəkləməyi vurğulayıb, Misirin silahla təmin olunmasını rədd etmişdi.
Onun prezidentlik dövründə, həm də birbaşa heç bir silah dəstəyinin başlanmadığı bir vaxtda ABŞ-ın işğalçı “İsrail” rejiminə maliyyə yardımlarının dəyəri 100 milyon dolları keçmişdi.

Con Kennedi – “İsrail” rejiminə qarşı silah sanksiyasını ləğv edən şəxs
Con Kennedi prezidentlik vəzifəsinə gəldikdən sonra Trumen və Eyzenhaverin saxta və işğalçı “İsrail” rejiminin silahla təchiz olunmasını qadağan edən qərarını ləğv etməyi qərara aldı. O, həmin dövrdə bu rejimə birbaşa hərbi dəstəyi başladı və “Hawk” adlı raket əleyhinə sistemin bu cinayətkar rejimə verilməsi ilə razılaşdı.
Kennedi ABŞ və “İsrail” əlaqələrini “xüsusi əlaqələr” kimi təsvir edirdi. Halbuki, bəzi tarixi mənbələr “Kenned”ə qarşı sui-qəsdin sionist lobbisi və Mossadla bağlı olduğunu bildirirlər. Onlar Kennedə qarşı sui-qəsdin onun o zaman Fransa tərəfindən yaradılmış “İsrail”in nüvə obyektlərinə baxış keçirmək qərarından sonra baş tutduğuna inanırlar.

Lindon Conson – 1967-ci il müharibəsi və “İsrail”in işğal olunmuş ərazilərdəki mövcudluğuna bağışladığı strategiyanın əhəmiyyəti
ABŞ-ın o vaxtkı prezidenti Lindon Conson işğalçı “İsrail” rejiminə qarşı “empatik və emosional baxış”ı olub. O, Eyzenhaverə prezidentliyi dövründə təzyiq göstərirdi ki, Misirə qarşı üçtərəfli təcavüz zamanı “İsrail”in “Sina səhrası və Qəzzə”dən çıxmadığı təqdirdə, bu rejimə qarşı sanksiyaların tətbiq olunmasının qarşısını alsın.
Conson işğalçı sionist rejiminə hücum silah sistemi verən ilk ABŞ prezidenti idi.

Riçard Nikson – “İsrail”in xilaskarı
Riçard Niksonun prezidentliyi dövründə Misir və Suriya ordularının 1973-cü ilin oktyabrında Sina və Qolan cəbhələrinə hücumundan sonra işğalçı qüvvələr ağır itkilər vermiş, işğalçı rejim çox ağır məğlubiyyətə məruz qalmışdır.
Sionist rejimi və ABŞ rəhbərlərinin həmin mərhələ ilə bağlı xatirələri yəhudi “Kissinger”in ABŞ-ın o zamankı milli təhlükəsizlik müşaviri kimi “İsrail”in sağ qalmasına zəmanət verməyə sadiq olan rolunu göstərir.

Cerald Ford mərhələsi – Kissenger və onun regionda “İsrail”in təhlükəsizliyinin təmin edilmə mərhələsinin idarə edilməsi
Fordun dövründə Kissenger Suriya və Misirin işğalçı “İsrail” rejimi ilə qarşıdurmasındakı səylərini yox etmək üçün öz fəaliyyətlərini davam etdi və o, ayrıca yazılmış razılaşmaların imzalanması ardınca idi. Hansı ki, onun hədəfi “İsrail”in təhlükəsizliyini təmin etmək, onun regiondakı mövcudluğunu tantdırmaq və Fələstin məsələsini kənara atmaq idi.

Cimmi Karter – “Fələstin ölkəsi”nin təşkil olunmasının yolunu bağlayan şəxs
ABŞ prezidenti Cimmi Karterin Kissenger və Fordun inancının əksinə olaraq, Orta Şərqdə qəbul etdiyi strategiya universal bir razılaşmanın əldə edilməsi idi. O razılaşmanın ilk bəndi “İsrail”in təhlükəsizliyinin təmin olunmasına səy, onun regionda qalması və onun ərəb ölkələri tərəfindən qəbul edilməsi idi.

Ronald Reyqan – Livana təcavüz
ABŞ Reyqanın dövründə işğalçı sionist rejimini dəstəkləmək üçün bir sıra addımlar atdı. Onlardan biri, qərarlarından birində sionizmi irqpərəstliyin bir forması sayan Beynəlxalq Parlament İttifaqından çıxmaqla təhdid etmək idi.

Corc Herbert Volker Buş (ata) – regionda yeni dövr
CorcHerbert Volker Buşun (ata) prezidentliyi dövründə qlobal və regional səviyyədə müxtəlif dəyişikliklər baş verdi, o cümlədən Fələstin məsələsində sionist rejimi ilə razılığa çatmaq üçün müzakirələr mərhələsi.
Corc Buş və administrasiyası Beynəlxalq Sülh Konfransı keçirməyə səy göstərdilər və bu konfrans “Madrid Konfransı” kimi məşhur oldu. Bu konfransda ərəb ölkələri, o cümlədən İordaniya və Fələstin nümayəndələri də iştirak etdilər. ABŞ İsrail rejiminə təzyiqlər göstərməklə onu da konfransda iştirak etməyə vadar etdi.
Amerikalıların Orta Şərqdə Fələstin məsələsi barəsində kompromis razılaşmanın əldə olunmasına dair tələskənliyi ilə ərəb ölkələri tərəfindən “İsrail”in rəsmi tanınması həyata keçdi və sionist rejimi qarşısında dayanan və sionizmin kökündən silinməsini tələb edən müqavimət layihələri dayandı.
O zaman ABŞ-ın işğalçı sionist rejimini dəstəkləmək istiqamətində Səudiyyə Ərəbistanını qırıcı təyyarələrlə təmin etməmək kimi məsələlərə, xüsusən də Sovet İttifaqından gəlmiş yəhudilərin məskunlaşması üçün kreditin verilməməsinə görə sionist rejimi və ABŞ hökuməti arasında yaranmış cüzi ixtilaflar heç vaxt narahatlığa səbəb olmadı.
