ABŞ xəbər agentliklərindən biri cümə axşamı axşam, hesabat verərək bildirib ki, statistikaya əsasən, indiyədək Amerika universitetlərində Fələstini dəstəkləyən etirazçı tələbələr arasından 2000-dən çoxu həbs edilib.
Bu xəbər agentliyi yazıb: Etirazlar və həbslər demək olar ki, ABŞ-ın bütün yerlərində baş verib. Amma Los Ancelesdə yerləşən Kaliforniya Universitetindəki ötən 24 saat ərzində baş verən etirazlar diqqətləri daha çox özünə cəlb edib. Çünki, yerli vaxtla cümə axşamı günü səhər saatlarında çevik polisin etirazçılara hücumu zamanı orada iğtişaş dolu səhnələr qeydə alınıb.
Yüzlərlə etirazçı oranı tərk etməklə bağlı polisin göstərişinə məhəl qoymayıb və insan zənciri yaradıblar. Polis də onları yatırmaq üçün səs bombalarından istifadə edib.
Kaliforniya polisi etirazların yatırılmasında azı 200 nəfərin həbs edildiyini açıqlayıb.
Amerikalı tələbə və gənclərin dinc və hər gün artan toplantı və etirazları ilə mübarizə aparmaq, onları yatırmaq üçün polis zorakılığı və alətlərindən istifadə edilir, polis universitet ərazisinə daxil olur. Bu isə o ölkənin söz azadlığı və azad toplantı barəsindəki iddialarının ziddinə olub, ətraf mühiti və elmi mərkəzləri təhlükəsiz edir.
ABŞ prezidenti Co Bayden ölkə boyu mövcud olan universitetlərdəki tələbə qiyamına reaksiya verərək, bu tələbələrin sionist rejiminin Qəzzədə törətdiyi cinayətlərə etiraz etmələrinə toxunmadan iddia edib: Amerikada etiraz etmək hüququ var, amma nifrət və zorakılığa yer yoxdur.
Bayden etirazçıları (Qəzzə müharibəsində Fələstin xalqını dəstəkləyənləri) digərlərini qorxuya salmaqda ittiham edib və Amerikanın qanunsuz bir ölkə olmadığını bildirib.