ABŞ veb-saytlarından biri ABŞ prezidentinin bölgəyə qoşun göndərməməsi ilə bağlı dəfələrlə verdiyi vədlərə baxmayaraq, ABŞ ordusu İraqda yerləşən qüvvələrinin Qəzzə zolağında İsrailin quru əməliyyatarında mümkün iştirakı üçün hazır idi.
Bu veb-sayt ABŞ Hava Qüvvələrinin bir sıra üzvünün yanvar ayına aid qeydlərini əldə edib. Orada hazırlıqlı vəziyyətdə qalmaqla bağlı hərbi göstərişlər qeyd edilib ki, ABŞ-ın Qəzzə müharibəsində toqquşacağı təqdirdə, hava qüvvələri digər qüvvələrə kömək üçün işə keçsin.
Sənədlərdən birinə əsasən, ötən il İraqa göndərilən ABŞ qüvvələri ehtiyac olduğu təqdirdə Qəzzədəki quru əməliyyatlarda iştirak edəcəkdilər.
Halbuki, bu sənədlər ABŞ-ın Qəzzə müharibəsinə müdaxiləsinin yaxın olduğunu göstərmir, amma yanvar qeydləri “Əl-Əqsa Fırtınası” əməliyyatından sonra İsrailə dəstək üçün Pentaqonun hazırlıqlığına dair son siqnaldır.
Fələstinin müqavimət əməliyyatından (Əl-Əqsa Fırtınası) bir neçə gün sonra ABŞ ordusu İsrailə mümkün dəstək məqsədi ilə 2000 hərbiçisini hazırlıqlı vəziyyətə gətirdi. Bununla yanaşı, Ağ Ev vurğulamışdı ki, İsrailə Qəzzə müharibəsindəki dəstək quru qüvvələrinin yerləşdirilməsinə şamil deyil.
Ağ Evin Milli Təhlükəsizlik Şurasının sözçüsü “Con Kirbi” də demişdi: “İsrailin quru əməliyyatlarında ABŞ qüvvələrinin yerləşdirilməsi üçün heç bir proqram yaxud niyyət yoxdur. Amma dediyimiz kimi bizim regionda əhəmiyyətli milli təhlükəsizlik maraqlarımız var.”
Kirbinin açıqlamalarından iki gün sonra Ağ Ev səhvən ABŞ prezidenti Co Baydenin ABŞ Gizli Əməliyyat Qüvvələrinin kənarındakı dayandığı şəkilini paylaşdı, hərçənd ki, onu tez bir zamanda sildi.
ABŞ qəzetlərindən biri oktyabr ayının sonları hesabat verərək bildirmişdi ki, ABŞ-ın xüsusi əməliyyat heyəti HƏMAS-ın əlində olan israilli girovların azad olunması üçün “İsrail”-də olub.
Əldə olunan sənədlər ABŞ qüvvələrinin regiondakı geniş şəkildə mövcudluğunu göstərir. Amerikalıların bir çoxu hərbi missiyanın bitdiyinə və bu qüvvələrin regiondakı mövcudluğuna lüzumun olmadığına inanır.