ABŞ Müdafiə naziri “Lloyd Ostin” şənbə günü verdiyi bəyanatda İsrail Müdafiə naziri “Yoav Qallant” ilə bu rejimin Livana son hücumları barəsindəki son danışıqlarında “İsrailin özünü müdafiə haqqı” adlandırdığı şeyə “tam dəstək” verdiyini ifadə edib.
Məşhur Britaniya qəzetinin hesabatına görə, Lloyd Ostin X sosial şəbəkəsində ötən gün Yoav Qallantla “Livan hadisələri barəsində” 2 dəfə danışdığını bildirib. Bu danışıqlar sionist rejiminin cümə günü Beyrutun Cənubi Zahiyə bölgəsindəki yaşayış məhəllələrinə Livan Hizbullahının baş katibi Seyid Həsən Nəsrullahın şəhadəti ilə nəticələnən hücumları zamanı baş tutub.
ABŞ Müdafiə naziri: Mən aşkar şəkildə elan etdim ki, Amerika öz qüvvələrini və obyektlərini qorumaq üçün hələ də regionda qalacaq və o, “İsraili müdafiə etməyə” söz verib.”
Bundan öncə sionist rejimin TV kanallarından biri bildirmişdi ki, ABŞ hökuməti bu rejimin Livana hücumunu dəstəkləyib, amma gərginliklərin artması ilə bağlı xəbərdarlıq edib.
Bəzi ekspertlər ABŞ-ın Qəzzə müharibəsinə son qoymaqda və Livandakı gərginliklərin artmasının qarşısını almaqdakı uğursuzluğunun, regionu genişmiqyaslı müharibəyə sürüklədiyi barədə xəbərdarlıq ediblər.