Xəbər: ABŞ Müdafiə naziri Lloyd Ostin cümə günü (26 Aprel) jurnalistlər arasında Tehranın, İsrailin Dəməşqdə yerləşən İran konsulluğuna qarşı son günlərdə törətdiyi təcavüzkar hücumuna olan cavabına dair reaksiyasında deyib: İran öz sistemlərinin və silah proqramlarının effektivliyini araşdırmalıdır…Mən İsrailin özünü müdafiə üçün çoxlu gücə sahib olduğunu göstərdiyinə inanıram.
Təhlil:
ABŞ Müdafiə nazirinin iki cümlədə, birincisi “İran silahlarının və proqramlarının effektivsizliyi” və ikincisi “İsrail özünü müdafiə üçün çoxlu gücə sahib olduğunu göstərib” iki böyük yalan dediyini başa düşmək üçün hərbi ekspert olmağa ehtiyac yoxdur.
Bəlkə də, ötən 7 Oktyabr əməliyyatından əvvəl belə yalanlarla sadəlövh insanları aldatmaq mümkün idi. Amma bu tarixdən sonra dünya gördü ki, təkcə müqavimət gənclərindən ibarət bir qrupun “əl-Əqsa Fırtınası” əməliyyatı çərçivəsində Qəzzə zolağının ətrafındakı sionist qəsəbələrinə hücumuna görə İsrail rejimini başdan-başa necə dəhşət və qorxu bürümüşdü. Hava və dəniz limanları bu torpaqlardan qaçaraq öz vətənlərinə qayıtmaq ardınca olan dəhşətə düşmüş sionist köçkünləri ilə dolmuşdu.
Bu qorxu təkcə köçkünlərlə məhdudlaşmamışdı, əksinə “məğlub edilməz” söylənilən “İsrail ordusu”nu da bürümüşdü. Bütün ordu başçıları saralmış üzlə çıxıb, qrumlarının başına gəlmiş fəlakət barəsində danışırdılar. ABŞ prezidenti Co Baydenin yeganə işi İsraili sakitləşdirmək və rəhbərlərinin qorxusunu azaltmaq, təyyarə daşıyan gəmiləri, minlərlə hərbiçi və təyyarəni oraya göndərib, regiondakı ABŞ bazalarında fövqəladə vəziyyət elan etmək idi. Bundan əlavə, Qərb ölkələrindən bir çoxu da öz donanmalarını məntəqəyə göndərdi.
O vaxtdan bəri Qərbdən, xüsusən də ABŞ-dan (sionist rejiminə) hava körpülərinin silah, təyyarə, hərbi texnika və pul köçürülmələri dayanmayıb. Bütün bunlar ona görə idi ki, ABŞ hökuməti İsrail rejiminin reallığının üzə çıxdığını və ordusunun bir neçə yüz min sərt döyüşçü ilə mübarizə aparmaq gücünə malik olmadığını bilirdi. Buna görə də, Qərbin ixtiyarında olan bütün gücü bu rejimin varlığını müdafiə etmək üçün səfərbər etməsi lazım idi.
Eyni vəziyyət İsrail rejiminin Dəməşqdəki İran konsulluğuna qarşı təcavüzkar hücumuna İranın cavab verdiyi zaman təkrarlandı. İranın raket və dronları bu rejimin İranın Dəməşqdəki konsulluğuna qarşı hücumlara ev sahibliyi etmiş hərbi bazalarını hədəfə aldılar. İranın cavabının qəfil olmadığına (İranın İsrail təcavüzkarlığına cavab vermək istədiyini bilirdilər) və istifadə etdiyi raket və dronların qabaqcıl nəsillərdən olmadığına baxmayaraq, bəzi Ərəb ölkələrindən başqa üç super güc bütün güclərini İsrail rejiminin müdafiəsi üçün səfərbər etdilər. Buna rəğmən, nə ABŞ-ın, nə İngiltərənin, nə Fransanın və nə də İsrailin hava hücumundan müdafiə sistemləri İranın dəqiq raketlərini dəf etməyə müvəffəq olmadılar. Həmin raketlər ABŞ, Qərb, Ərəb və İsrail koalisiyasının müdafiə sisteminin 200-dən çox raket və dronunu özlərinə məşğul etdilər və daha sonra İranın hədəfli və dəqiq raketləri məhv etməli olduqları şeyi məhv etdilər. İranın göndərmək istədiyi mesaj dinləyicilərinə çatdı.
Buna görə də, ABŞ Müdafiə naziri Lloyd Ostin öz müdafiə sistemlərinin effektivliyini yoxlamalıdır. Çünki, qiyməti yalnız bir neçə milyon dollar olan raket və dronları vurmaq üçün ABŞ-ın 1 milyard dollardan çox, sionist rejiminin 1.5 milyard dollar, İngiltərə və digər ölkələrin həmin qədər pul xərcləmələri rüsvayçılıqdır. Bu səbəbdən də, bu, ABŞ və Qərb texnologiyası üçün xoşagəlməz məğlubiyyətdir.
İkincisi, Bayden açıq-aşkar etiraf etdi ki, əgər Amerika olmasaydı, sionist rejimi təkbaşına İranın hücumunu dəf edə bilməzdi. Bu söz Ostinin Tel-Əvivin özünü müdafiə etməsi üçün yüksək gücə malik olması barəsində dediyi sözün ziddinədir.
Ostin İranın zəif olması barəsində yalan danışmaqdan əl çəkməlidir. Həmin İran ki, ABŞ-ın hərbi sənaye simvolu, yəni qiyməti 250 milyon dollar olan və 20 000 fut yüksəklikdə uçan nəhəng Global Hawk dronunu vurmağı bacarıb. Bu dron 20 İyun 2019-cu ildə Hörmüz boğazında İran səmasına daxil olduqdan sonra İranın 3 Xordad havadan müdafiə sisteminin yer-hava raketi vasitəsilə hədəf seçildi. Yaxud 4 Oktyabr 2011-ci ildə Əfqanıstandan İran səmasına daxil olmuş Amerikaya məxsus dronu heç bir zərər vurmadan yerə endirdi. Bu dronun istehsalında ən son texnologiyadan istifadə edilmişdi, yer səviyyəsindən 15000 metr hündürlükdə uçmağı bacaran, radarların müəyyənləşdirə bilmədiyi və peyklər vasitəsilə idarə olunan görünməz təyyarə kimi tanınırdı.
Diqqət çəkən məqam budur ki, Amerika əvvəlcə İranın bu təyyarə üzərində nəzarətini inkar etdi, amma bir müddət sonra təyyarənin qəzaya uğradığını elan etdi. Nəhayətdə isə, İranın bu təyyarəni elektron müharibədən istifadə edərək sağlam şəkildə yerə endirdiyini açıqladı. Buna görə də, ABŞ-ın o vaxtkı prezidenti Barak Obama İrandan onu geri qaytarmasını istəmişdi.
Ostin İsrailə İranın mənafeyinə qarşı başqa axmaq addımlar atmamasını tövsiyə etməlidir. Çünki, belə olduğu təqdirdə, İranın silahları qarşısında sionist rejimini müdafiə etmək üçün donanma göndərməyə kifayət qədər vaxtı olmayacaq. Hansı ki, o silahlar ən qabaqcıl, ən güclü və 14 Apreldə istifadə olunmuş ən ölümcül silahlardandır.