ABŞ qəzetlərindən biri, Vaşinqtonun ölkə qanunlarında mövcud olan humanitar şərtlərə məhəl qoymadan, Qəzzənin məzlum sakinlərinin başına yağdırmaq üçün İsrail rejiminə onlarla ton bomba verdiyini açıqlayıb.
ABŞ qəzetlərindən biri, bildirib ki, ABŞ sionist rejiminin Qəzzəyə qarşı təcavüzkarlıqlarının başlamasından etibarən, bu rejimə təxminən 15 000 bomba, 50 000-dən çox top gülləsi və 2 000 kq səngər əleyhinə bomba verib.
Xarici KİV-in verdiyi məlumata görə, bu qəzet Qəzzə şəhidlərinin sayının dəhşətli dərəcədə artmasının ABŞ-ın mülki əhalinin sağlamlığına zəmanət verməsinə dair məsuliyyətinin sual altına düşməsinə səbəb olduğunu bəyan edərək bildirib ki, Bayden hökuməti indi də İsrailə silah göndərdiyinə görə, artan təzyiq altındadır.
Bildirilir ki, İsrailin Qəzzə zolağına qarşı təcavüzkarlıqlarında qurban olanların sayı 18 000 nəfərə çatıb və onların əksəriyyəti qadınlar və uşaqlardır. Həmçinin indiyədək bu hücumlarda təxminən 50 000 nəfər yaralanıb.