İraqda “Koordinasiya Çərçivəsi” adlı şiələrin siyasi qruplarının koordinasiya komitəsi liderlərdindən biri, ABŞ işğalçıları tərəfindən Suriya neftinin qaçaqmalçılığının 20% artması barədə məlumat verib.
Xarici KİV-in verdiyi məlumata görə, İraqda “Koordinasiya Çərçivəsi” adlı şiələrinin siyasi qruplarının koordinasiya komitəsi liderlərdindən olan Cəbbar Ovdə deyib ki, ABŞ cari ilin əvvəlindən indiyi kimi Suriya neftinin İraq yolu ilə qaçaqmalçılığını 20% artırıb.
Suriya hökuməti son günlər bildirib ki, Suriyanın şərqini işğal edən ABŞ qüvvələri və onun muzdurları gündəlik olaraq bu məntəqənin heft hasilatının təxminən 66 min barel neftini oğurlayır.
Ovdə deyib: “Suriya sərhədi boyunca 6 bölgədə yerləşən ABŞ qüvvələri Suriya neftini tankerlərlə İraqa qaçıran, daha sonra onu Türkiyədə və digər ölkələrdəki dilerlərə satan qaçaqmalçı dəstələrinə çevriliblər.”
O, əlavə olaraq deyib: “2023-cü ildə Suriya neftinin İraq sərhədləri vasitəsilə qaçaqmalçılığı orta hesabla 20% artıb.”
O, həmçinin Suriyanın qaçaq neftini daşıyan hər hansı bir tankerin İraq torpağına daxil olmasının qarşısının alınmasının vacibliyini vurğulayaraq deyib ki, neft oğurluğundan əldə olunan gəlirin 90%-i radikal qrupların xəzinəsinə yatırılır ki, İraq da onun şərrindən amanda qalmayacaq.
“Koordinasiya Çərçivəsi” komitəsinin rəhbəri deyib: “ABŞ qüvvələri Asiyanın qərbində neft qaçaqmalçılığı əməliyyatlarının ən böyük nəzarətçiləridirlər. Onlar bu məqsədlə oğurlanmış nefti daşıyan tankerlərin təhlükəsizliyini təmin etmək üçün hərbi karvanlardan istifadə edirlər.”