ABŞ, İngiltərə və bəzi Avropa İttifaqı ölkələri BMT-nin İnsan Haqları Şurasının İsveçrənin Cenevrə şəhərində keçirilən təcili iclasında Quranın yandırılması kimi iyrənc hərəkətin pislənilməsinə qarşı çıxıblar.
Xarici KİV-in verdiyi məlumata görə, İslam Əməkdaşlığı Təşkilatı çərşənbə axşamı günü ölkələrdən “dini nifrət” adlandırdığı Qurani-Kərimin təhqir olunmasını pisləmələrini istəyib.
Bəzi Avropa ölkələri, həmçinin İngiltərə və ABŞ bildiriblər ki, Quranın yandırılmasından sonra dini nifrətlə bağlı bəyanat layihəsinin əleyhinə rəy verəcəklər.
Bəzi ölkə nümayəndələrinin bu iclasdakı çıxışları uzadılıb və qərara alınıb ki, BMT-nin İnsan Haqları Şurası çərşənbə günü də iclasına davam etsin və İslam Əməkdaşlığı Təşkilatının bu iyrənc hərəkətin pislənilməsinə dair təklif etdiyi qətnaməni səs verməyə qoysun.
İslam ölkələrinin Xarici İşlər nazirləri, 80-dan çox islami və qeyri-islami ölkələrin nümayəndələri İnsan Haqları Şurasının Cenevrə şəhərində keçirilən təcili iclasındakı çıxışlarında Quranın və digər dinlərin müqəddəs kitablarının təhqir olunmasını pisləyiblər.
Bu iclasda İran, Ərəbistan, Pakistan, İordaniya, Misir, Qətər və İndoneziyanın Xarici İşlər nazirləri video mesajlar göndərməklə, Avropa ölkərində Quranın təhqir olunmasına dair son hərəkətləri pisləyib və gələcəkdə belə hərəkətlərin təkrar olunmasının qarşısını almaq üçün uyğun qanunların qəbul olunmasını tələb ediblər.
İslam ölkələrinin nümayəndələri İslamı sülh və qardaşlıq dini adlandırıb, Quranın və digər ilahi dinlərin kitablarının təhqir olunmasını nifrət, ayrı-seçkilik, düşmənçilik səbəbi və islamafobiyanın təzahürlərindən hesab ediblər. Onlar bunun təkrar olunmaması və yayılmaması ilə ciddi şəkildə məşğul olmağın lazım olduğunu bildiriblər.
Bu iclas 2 gəftə əvvəl İsveçin paytaxtı İstokholmun əsas məscidinin çölündə ölkə orqanları və polisinin himayəsi altında isveçli bir ekstremistin təxminən 200 müsəlmanın gözü önündə Qurani-Kərimi yandırmasından sonra keçirilib.