ABŞ-İngiltərə koalisiyasının əl-Hudeyda vilayətindəki radio binasına və Bəndər-Səlifə qarşı təcavüzündə həyatını itirənlərin və yaralananların sayı 51 nəfəri keçib.
Əl-Hudeyda vilayətindəki TV kanal müxbiri Amerika və İngiltərənin əl-Hudeyda Radiosuna və Bəndər-Səlifə olan hücumlarında şəhid olanların sayının 16 nəfərə yüksəldiyi və 35-dən çox insanın isə yaralandığı haqda məlumat verib.
Dünən (cümə axşamı günü) günorta saatlarından sonrakı ilk statistika ABŞ-İngiltərə koalisiyasının təcavüzkar təyyarələrinin əl-Hudeyda şəhərində yerləşən əl-Huk məntəqəsindəki radio binasına hücumları nəticəsində 2 vətəndaşın şəhid olduğundan və 10 nəfərin isə yaralandığından xəbər verir.
Müxbir deyib: ABŞ-İngiltərə koalisiyasının təcavüzkar təyyarələri 4 hücumla əl-Hudeyda şəhərində yerləşən əl-Huk məntəqəsini və radio binasını hədəfə alıblar.
O, əlavə edib: Təcavüzkarların təyyarələri Bəndər-Səlifdəki bir binanı və əl-Hudeyda vilayətindəki əl-Qulifaqa məntəqəsini hədəf seçiblər.
Təcavüzkar təyyarələr dünən günorta saatlarında Yəmənin paytaxtı Sənaya və bu vilayətə hücum ediblər. Qırıcılar əs-Səbin bölgəsindəki ən-Nəhdəyn məntəqəsini 3 dəfə, Beynəlxalq Səna Hava Limanının ətrafını 1 dəfə və Sənhan tərəfdəki Cəbran məntəqəsini isə 2 dəfə hücuma məruz qoyublar.
Taizdəki amerikan-ingilis təcavüzkarları Heyfan məntəqəsində yerləşən əl-Əbus bölgəsinin rabitə şəbəkəsini hədəfə alıblar.