ABŞ-ın xəbər tv kanallarından biri Tel-Əvivin Sentyabrın 17-də əməliyyat keçirmək üçün qərarı barəsində Vaşinqtona xəbər verdiyini bildirib.
ABŞ rəsmilərinin sionist rejiminin Livan xalqı arasında elektron cihazları partladaraq həyata keçirdiyi terror aktına dair məlumatlarının olmaması ilə bağlı iddialarına baxmayaraq, məlumatlar bunun əksini göstərir.
Qeyd edilən xəbər tv kanalı dünən səhər 3 məlumatlı mənbəyə istinadən bildirib ki, İsrail Sentyabrın 17-də Livanda həyata keçirmək istədiyi əməliyyat barəsində Amerikanı məlumatlandırıb. Amma əməliyyatın necəliyi yaxud hədəfləri barəsindəki təfərrüatları Vaşinqtona təqdim etməyib.
Bu məlumata əsasən, sionist rejiminin Amerikanı məlumatlandırdığı yerlərdən biri İsrailin Müdafiə naziri “Yoav Qallant”ın Pentaqon rəhbəri “Lloyd Ostin” ilə telefon danışığı zamanı olub.