Yəmən mənbələri cümə axşamı səhər saatlarında xəbər verərək bildiriblər ki, ABŞ-ın Sənada daş mədəninə endirdiyi hücumda iki yəmənli şəhid olub, iki nəfər isə yaralanıb.
Bu mənbələr, həmçinin amerikalı terrorçuların bu ölkəyə yenidən təcavüzkar və cinayətkar hücumlar etdiyi haqda məlumat veriblər.
Verilən məlumata əsasən, ABŞ hərbçiləri Səna vilayətində yerləşən Xolan şəhərinin Əl-Ərqub bölgəsindəki daş karxanasını dörd dəfə hədəfə alıb.
Xəbər agentliklərindən birinin Sənadakı müxbiri də hücum nəticəsində iki yəmənlinin şəhid olduğunu, ikisinin isə yaralandığını bildirib.
Martın 15-dən etibarən ABŞ hökuməti ölkə prezidenti Donald Trampın göstərişi ilə İsrail rejiminə bağlı gəmilərə dəstək məqsədilə Yəmən ərazisinə hava hücumlarını bərpa edib və intensivləşdirib.
Yəmən rəsmiləri bildiriblər ki, amerikalılar hərbi obyektləri və infrastrukturu hədəfə almaq iddialarının əksinə olaraq, yaşayış və mülki binalara hücum edir və ölkə vətəndaşlarını şəhid edirlər.