Əl-Hudeydə vilayətinin Səhiyyə İdarəsi ABŞ-ın Yəmənin qərbində bu əyalətdəki Ras İsa neft obyektinə hücumu nəticəsində şəhid olanların sayının 58-ə yüksəldiyini açıqlayıb.
Məlumata görə, ötən gecə baş verən hücumda 126-dan çox insan da yaralanıb.
Yerli mənbələr bildiriblər ki, Amerika döyüş təyyarələri əyalətdəki Ras İsa limanına 14 hava hücumu həyata keçirib və nəticədə onun bir sıra şəxsi heyəti şəhid olub.
Bu mənbələr əlavə ediblər: Passiv müdafiə qüvvələri qurbanları xilas etməyə çalışarkən, düşmənin hədəf alınan yerə yenidən hücumu bu qüvvələrdən bir neçəsinin şəhid olması və bir neçəsinin isə yaralanması ilə nəticələnib.