Yəmən mənbələri çərşənbə günü səhər saatlarında Amerika döyüş təyyarələrinin Hudeydə vilayətinə hücumu nəticəsində 6 şəhid və 16 yaralı olduğunu bildirib.
Yəmən mənbələrinin bildirdiyinə görə, çərşənbə günü səhər saatlarında ABŞ-ın bu ölkəyə qarşı təcavüzkar və cinayətkar hücumları davam edib.
Yəmən Səhiyyə Nazirliyi ABŞ-ın əl-Hudeydə vilayətində yerləşən “Muqbil əs-Səkəniyyə” şəhərinə endirdiyi hücum nəticəsində 6nəfərin şəhid olduğunu, 16 nəfərin isə yaralandığını açıqlayıb.
Yəmənin xəbər TV kanalının məlumatına görə, Nazirlik şəhid və yaralıların sayının artma ehtimalının olduğunu və qurbanların arasında 3 uşaq və 2 qadının da yer aldığını bildirib.
15 mart tarixindən etibarən, ABŞ Prezidenti Donald Trampın göstərişi ilə bu ölkənin hökuməti, sionist rejimlə əlaqəli gəmiləri dəstəkləmək məqsədilə Yəmən ərazisinə hava hücumlarını yenidən başlayıb və onları intensivləşdirib.
Yəmən rəsmiləri bildiriblər ki, amerikalıların iddia etdiyi kimi hərbi obyektlər və infrastruktur hədəfə alınmır. Əksinə, onlar yaşayış binalarına və mülki obyektlərə hücum edərək ölkə vətəndaşlarını şəhid edirlər.