Xəbər mənbələri ABŞ və Böyük Britaniyanın Yəmən sahillərində ələ keçirilmiş “Galaxy Leader” gəmisinin komanda qülləsinə hücum etdiyini bildiriblər.
Yəmən mediası xəbər verir ki, sionist rejimə məxsus gəminin bombalanması, ABŞ, Böyük Britaniya və sionist rejimin donanmalarının, Yəmən silahlı qüvvələrinin nəzarətində olan bu gəmini azad etməkdə uğursuz qalmalarından sonra, bir ildən çox vaxt keçdikdən sonra baş verib.
Digər tərəfdən, Yəmən Səhiyyə Nazirliyi açıqlayıb ki, ABŞ-ın dünən Yəmənə qarşı həyata keçirdiyi təcavüzkar hücumlarda şəhid olanların sayı 53 nəfərə, o cümlədən 5 uşaq və 2 qadına, yaralıların sayı isə 98 nəfərə, bunların arasında 18 uşaq və 1 qadına çatıb.
Qeyd edək ki, şənbə gecəsi və bazar günü sübh saatlarında Yəmən ABŞ-ın yeni hərbi təcavüzlərinə məruz qalıb. Bu hücumlar bölgədə Donald Trampın ABŞ prezidenti olmasından bəri baş verən ən böyük hücumlar sırasına daxildir.
Bu təcavüz çərçivəsində Sənaa, Səda, Zəmar, Mərib və Təz şəhərlərində yaşayış məhəlləri və şəhər infrastrukturu ABŞ-ın hava hücumlarına, həmçinin Qırmızı dənizdəki hərbi gəmilərindən atılan raket zərbələrinə məruz qalıb.
ABŞ-ın son hücumlarına cavab olaraq, Yəmən Silahlı Qüvvələrinin sözçüsü, briqada generalı Yəhya Səri bazar günü axşam verdiyi bəyanatda bildirib:
“Bu təcavüzə cavab olaraq, biz ABŞ-ın “USS Harry Truman” aviadaşıyıcısına və onun dəniz qüvvələrinə qarşı hərbi əməliyyat həyata keçirdik. Bu hücum zamanı Truman aviadaşıyıcısı və ona bağlı dəniz birlikləri Qırmızı dənizin şimalında 18 ballistik və qanadlı raket, eləcə də PUA ilə hədəfə alınıb.”
Yəmən Silahlı Qüvvələrindən, həmçinin bildirilib: “Uca Allahın köməyi ilə, Qəzzəyə humanitar yardımların daxil olması və mühasirənin tamamilə qaldırılmasına qədər sionist düşmənin dəniz blokadasına qarşı əməliyyatlarımızı davam etdirəcəyik.”