Yəmənin Səhiyyə Nazirliyi ABŞ-ın Səna və Marib şəhərlərinə endirdiyi aviazərbələr nəticəsində 3 nəfərin şəhid olduğunu və bir neçə nəfərin yaralandığını açıqlayıb.
Yəmənin Səhiyyə Nazirliyi ABŞ-ın Səna və Mərib şəhərlərinə endirdiyi aviazərbələr nəticəsində 3 nəfərin şəhid olduğunu və bir neçə nəfərin yaralandığını bildirib.
Xarici KİV-in verdiyi məlumata görə, Yəmən hökumətinə yaxın Səhiyyə Nazirliyinin açıqlamasına əsasən, ABŞ-ın döyüş təyyarələrinin əs-Səvrə bölgəsinin ən-Nəhzə məhəlləsinə hücumu nəticəsində 7 yəmənli mülki şəxs yaralanıb.
Hesabata görə, ABŞ-ın işğalçı döyüş təyyarələrinin Səna şəhərindəki Macil ad-Dəmə qəbiristanlığına hücumu nəticəsində bir yəmənli mülki şəxs yaralanıb.
Eyni qaynağın bildirdiyinə görə, ABŞ-ın işğalçı qüvvələrinin Bəni Mətər bölgəsinə hücumu nəticəsində bir yəmənli şəhid olub, bir başqa şəxs isə yaralanıb.
İşğalçı ABŞ döyüş təyyarələri şənbə günü gecə vaxtı Səna və ətraf bölgələrə ardıcıl hücumlar təşkil edib.
Həmçinin, əl-Hafə bölgəsi, ən-Nəcimat qəbiristanlığı (əs-Səbin bölgəsi) və 21 Sentyabr parkı (əs-Səvrə bölgəsinin) beş hava hücumuna məruz qalıb.
ABŞ döyüş təyyarələri Bəni Həşiş bölgəsini üç dəfə, əl-Hisn bölgəsini iki dəfə, Həmdan və əl-Himeh əl-Xariciyyə bölgələrini iki dəfə və paytaxtın şimal-qərbindəki Bəni Mətər bölgəsini hədəf alıb.
İşğalçı qüvvələr həmçinin Mərib əyalətinin Sərvah bölgəsini və İmran əyalətinin Harf Sufyan bölgəsini 4 hava hücumuna məruz qoyub.