Tramp administrasiyası Konqresdən yan keçməklə sionist rejimlə dörd milyard dollarlıq silah müqaviləsi imzaladı.
Sionist mediasının məlumatına görə, Fevralın 28-i ABŞ Dövlət Departamenti Konqresin nəzarət mexanizmindən yan keçərək, İsraillə on minlərlə döyüş təyyarəsi bombası, D9 buldozeri və minaatan bombalarını ağıllı bombaya çevirən istiqamətləndirmə sistemlərindən ibarət hərbi texnika və qabaqcıl silahlar üçün dörd milyard dollarlıq müqaviləni təsdiqləyib.
ABŞ Xarici İşlər Nazirliyinin bəyanatına görə, bu müqaviləyə əsasən, bir tonluq 35 min bomba və sığınacaqdan keçən 4 min bombanın döyüş başlığı 2026-cı ildə, həmçinin D9 buldozerləri 2027-ci ildə və 500 kq-lıq 5000 bomba isə 2028-ci ildə sionist rejimə təhvil veriləcək.
İsrail qəzetinin hesabatında qeyd olunub: bu ağır yüklərin çatdırılması üzrə müqavilə ABŞ-ın keçmiş prezidenti Co Baydenin dövründə dayandırılmışdı.
Qəzet, həmçinin iddia edib: Amerika İsrailə olan öhdəliyinin bir hissəsi olaraq, İsrailin hərbi üstünlüyünü qorumaq və bu rejimə regional təhlükələrlə mübarizədə kömək etmək məqsədi ilə sözügedən müqaviləni imzalayıb.