Qərb diplomatik dairələri ABŞ kəşfiyyat xidmətinin Livanda İordan çayının qərb sahillərindəki Fələstin müqavimətini maliyyələşdirmək və silahlandırmaq üçün fəaliyyət göstərən fələstinlilərin ixtisaslaşmış bölmələrinin mövcud olması ilə bağlı faktları sionist rejiminə təqdim etdiyini üzə çıxarıblar. Fəth hərəkatının hərbi qolu olan Əl-Əqsa Şəhidləri batalyonlarının komandiri “Xəlil əl-Məqdəh”in qardaşına qarşı sui-qəsd də bu əməkdaşlığın məhsuludur.
Təhlil:
Bu xəbərdə ifşa olunan qəribə bir şey görünmür. Aydın məsələdir ki, sionist rejimi tərəfindən baş tutmuş və baş tutacaq olan bütün müharibələr, təcavüzkar hücumlar, cinayətlər və terrorlar, yalnız Amerikanın yaşıl işığı, hətta onun birbaşa müdaxiləsi ilə həyata keçirilir.
Sionist rejiminin Fələstində və onun hüdudlarından kənarda müqavimət simvollarına qarşı bütün terror cinayətləri bu rejimin regional və beynəlxalq muzdurları vasitəsilə həyata keçirilir. Əgər cinayətlərdən uzun müddət sonra üzə çıxan ABŞ-ın rolu olmasaydı, bu cinəyətlər baş verməzdi. Bu barədə diqqət olunası məsələ budur ki, HƏMAS hərəkatının siyası ofisinin rəhbəri İsmail Həniyənin Tehranda şəhid olması ilə nəticələnən terror aktından sonra Amerika bu cinayətdəki iştirakını inkar edib. Halbuki, onun bu terrordakı rolu açıq-aşkar məlumdur.
Bəzilərinin iddia etdiyi kimi əgər ABŞ, Qərb və Tel-Əvivin Qəzzəyə qarşı 11 aylıq müharibə sayəsində terror siyasətinin davamı üçün Amerikanın sionist rejiminə verdiyi icazə müharibənin genişlənməsinin və açıq regional müharibəyə keçidin qarşısını almaq üçündürsə, bəs sionist rejiminin qara tarixi boyunca dünyanın digər ölkələrində Fələstinin düşmən tərəfindən işğal olunmasına qarşı olan hər bir rəsmi şəxsə qarşı törətdiyi terror aktlarını neçə izah etmək olar?
Lakin əl-Əqsa Tufanı döyüşündən sonra və Amerikanın və Qərbin regionda hərbi mövcudluğunun misli görünməmiş şəkildə artmasına baxmayaraq, sionist rejiminin hörümçək torundan da zəif olduğu məlum oldu. Qərbin, bu rejimin fövqəl təbii gücü və ordusunun məğlub edilməzliyi barəsində apardığı təbliğatların yalandan başqa bir şey olmadığı ortaya çıxdı.
Əgər sionist rejiminə kömək etmək məqsədi ilə Amerikanın bu rejimə təyyarə daşıyan gəmilər, gəmi, döyüş gəmiləri, nüvə sualtı qayıqlar, raketlər, radarlar, havadan müdafiə sistemləri, minlərlə əsgər və yüzlərlə döyüş təyyarələri göndərmək üçün hava körpüləri olmasaydı, əgər Ameikanın və Qərbin regiondakı onlarla bazasının hazırlıqlı vəziyyətə gətirilməsi və sionist rejiminin xəzinəsinə milyardlarla dollar doldurmaları olmasaydı, Netanyahu və Qallant kimi qatillər öz terrorları və xəyallarındakı qələbələrlə fəxr edə, müqavimət cəbhəsini təhdid edə bilərdilərmi? Müharibənin dayandırılmasına qarşı ola və müdafiəsiz əhaliyə, xüsusən də fələstinli qadın və uşaqlara qarşı müasir tarixin ən böyük soyqırımını törədə bilərdilərmi?