Vaşinqton, sionist rejimi hərbiçilərinin Məscidul-Əqsadakı namaz qılanlara və dini ayin yerinə yetirənlərə qarşı hücumuna cavab olaraq raket hücumundan sonra İsrailin yanında olacağını bildirib.
Xarici KİV-in veridiyi məlumata görə, ABŞ deyib ki, Livan istiqamətindən atılan raketlər müqabilində İsrailin özünü müdafiə etmə haqqı var.
ABŞ Xarici İşlər Nazirliyinin sözçüsü Vedant Patel, növbəti dəfə sionist rejiminin cinayətlərini gözməməzlikdən gələrək verdiyi bəyanatda deyib: “ABŞ İsrailin Nazirlər Kabinetinin yanında dayanacaq.”
ABŞ həmçinin, aşkar şəkildə himayə etmədən sionist rejiminin Livana hücumunu dəstəkləyib.
ABŞ Xarici İşlər Nazirliyinin digər bir sözçüsü, deyib: “Hər iki tərəfdən gərginliyin azalmasını istədiyimiz halda İsrailin özünü müdafiə etməsi üçün qüdrətini tanıyırıq.”
Sionist rejimi polisinin çərşənbə günü Məscidul-Əqsadakı fələstinlilərlə qarşıdurmasından sonra zorakılıq halları şiddətlənib.
ABŞ-ın sionist rejimini aşkar şəkildə himayə etməsi, ABŞ prezidenti Co Baydenin sionist rejiminin baş naziri Benyamin Netanyahunu məhkəmə instrukturlarını zəiflətmək üçün səylərindən əl çəkməsindən ötrü təzyiq göstərdiyi ictimai və qeyri-adi bir münaqişədən sonra baş verib.