Amerika sionist rejimi ortaya çıxandan və əl-Əqsa Tufanından bəri bu rejimin cinayətlərini ört-basdır edib, maddi-texniki, informasiya və media dəstəyi ilə həmişə bu rejimi himayə edir.
ABŞ sionist rejimi yaranan gündən etibarən bu rejimin cinayətlərini siyasi cəhətdən ört-basdır edərək, bu rejimlə ərəb ölkələri arasında əlaqələrin normallaşdırılması ilə bağlı müqavilələrin bir çoxunun imzalanmasının əsas dəstəkçisi olub.
ABŞ əl-Əqsa Tufanı əməliyyatından sonra sionist rejimini maddi-texniki, informasiya və media cəhətdən tam şəkildə dəstəkləyib. ABŞ prezidenti Co Bayden işğal altındakı ərazilərə şəxsən səfər edib. Bunun ardınca da, dövlət katibi və müdafiə naziri işğalçı rejimin siyasi dəstəyi üçün dəfələrlə bu torpaqlara səfər ediblər.
ABŞ-ın veto hüququ, lazım olan vaxt sionist rejimin sipəri olub. Rəsmi statistikaya əsasən, bu veto hüququ 50 dəfədən çox işğalçı rejimin xeyrinə istifadə olunub.
Amerika Fələstini dəstəkləyən ABŞ xalqının nümayişlərini öz torpağında zorakılıq və həbs etməklə yatırıb. Amma etirazları dayandıra bilməyib.
ABŞ sionist rejimin 8 Oktyabr 2023-cü ildə Qəzzəyə təcavüzündən sonra bu bölgəyə təyyarə daşıyan gəmilər və döyüş təyyarələri göndərib və sionist rejiminə lazım olan hər bir şeyi təqdim etməyə hazır olduğunu bildirib.
Bəzi ABŞ mediaları Brown Universitetinin hesabatını dərc etməklə vurğulayıblar ki, ABŞ əl-Əqsa Tufanı başlayan vaxtdan etibarən sionist rejiminə yardım məqsədi ilə 17.9 milyard dollardan bir qədər az rekord məbləğdə vəsait xərcləyib. ABŞ hesabatlarına əsasən, Bayden administrasiyası əl-Əqsa Tufanından sonra bir il ərzində işğalçı rejimə 100-dən çox hərbi yardım göndərib və bunların yalnız ikisi Konqresin təsdiqi ilə və ümumilikdə 250 milyon dollar olub.
Konqresin məlumatına görə, Amerika araşdırmaları 2023-cü ilin əvvəlinə qədər sionist rejiminə 260 milyard dollar yardım edib.
Amerikanın sionist rejiminə təvil verdiyi 4 milyard dollardan çox vəsait Dəmir Günbəzin təmiri, raket müdafiə sistemləri və təyyarə yanacağı, artilleriya mərmiləri və 2000 funtluq yeraltı bombalara şamil olan sursatlar üçündür.