Qəzzədəki Dövlət İnformasiya Ofisinin baş direktoru ABŞ hökumətinin Qəzzədə qətliam törətmək üçün sionist rejiminin bütün planlarında şərik olduğunu və işğalçılara silah göndərməyi dayandırmaqla bağlı iddiasının təkcə kağız üzərində olduğunu açıqlayıb.
Qəzzədəki Dövlət İnformasiya Ofisinin baş direktoru İsmail Səvabətə verdiyi müsahibəsində deyib: “Biz həmişə ABŞ hökuməti və prezidentinin dünya ölkələrini azdırmağa çalışdıqlarını bildirmişik. Onlar yalandan öz işlərini beynəlxalq qanunlarla uyğun olduğunu göstərmək üçün daim şayiələr yaymağa səy göstərirlər.”
O, əlavə edib: “Biz işğalçı rejimin ordusunun Qəzzədəki hərtərəfli qətliam müharibəsi başlayan vaxtdan etibarən açıq-aşkar bildirmişik ki, ABŞ-ın işğalçı rejimlə əməkdaşlığı davam edir və fələstinliləri qətliam etmək üçün müxtəlif silahları sionist işğalçılarının ixtiyarına verir.”
İsmail Səvabətə deyib: Müharibənin ilk 5 ayında işlədilmiş min bomba və raket bütün yaşayış bölgələrini aradan aparmaq üçün işğalçılara ABŞ hökuməti tərəfindən verilib.
Qəzzədəki Dövlət İnformasiya Ofisinin baş direktoru, həmçinin deyib: “Bu qətliamda ABŞ hökumətinin əli var. Bayden hərbi cinayətkardır və onun əlləri Fələstin xalqının, 14 mindən çox uşağın, 10 minə yaxın qadının və 34 mindən çox şəhidin qanına bulaşıb.”
O, vurğulayıb: ABŞ hökumətinin işğalçı rejimə silah gördərilməyin dayandırılması ilə bağlı açıqlaması, yalnız kağız üzərindəki bir yazıdır. Amma əməli surətdə və gizlin şəkildə israilli işğalçıların ixtiyarına minlərlə bomba verəcək. Necə ki, iki gündür minlərlə bomba və raket göndərilməsi ilə bağlı xəbərlər bizə gəlib çatıb.
Səvabətə “Vaşinqton nəyə görə sionist rejiminə silah göndərməsin?”-sualı ortaya qoyaraq deyib: “Əslində, İsrail ABŞ-ın regiondakı layihəsidir və Orta Şərqdə öz rolunu Amerikanın nəzərdə tutduğu kimi ifa etmək üçün yaradılıb.”