Amerika döyüş təyyarələrinin Sənaya hücumu nəticəsində 14 Yəmən vətəndaşı yaralanıb.
Yəmənin xəbər TV kanalının məlumatına görə, Yəmənin Səhiyyə Nazirliyi bəyanat yayaraq, ABŞ qırıcılarının bazar günü Səna vilayətində yerləşən Şüub şəhərindəki əl-Ərbəin küçəsi, Savan bölgəsinə hücumu nəticəsində 14 Yəmən vətəndaşının yaralandığını açıqlayıb. İlkin məlumata görə, Bəni əl-Haris şəhərinin əl-Mətar küçəsində bir vətəndaş da yaralanıb.
Bəyanatda deyilir: “ABŞ-ın adi vətəndaşlara hücumu bütün beynəlxalq nizamnamələrin, müqavilələrin və insan haqları qanunlarının açıq şəkildə pozulmasıdır”.
Cinayət yerində olan Yəmən vətəndaşları bu hücumlara baxmayaraq, sionist rejimin Qəzzəyə təcavüzü tamamilə dayanana qədər fələstinlilərə və onların mübarizəsinə dəstək verməyə davam edəcəklərini bildiriblər.