Yəmənin Səhiyyə Nazirliyi ABŞ-ın Sənanın Bəni əl-Haris bölgəsindəki “Səqban” bölgəsinə təcavüzkar hücumunun qurbanlarının sayının 16 şəhid və yaralıya çatdığını açıqlayıb.
Səhiyyə Nazirliyi verdiyi açıqlamada hücum zamanı 12 Yəmən vətəndaşının şəhid olduğunu, 4 nəfərin isə yaralandığını vurğulayıb. Hücumda Səqban bölgəsindəki vətəndaşların yaşayış evləri hədəfə alınıb.
Həmçinin həmin günün əvvəlində ABŞ-ın Sədə əyalətində afrikalı miqrantların saxlanma mərkəzinə hücumu nəticəsində 68 nəfər həyatını itirib, 47 nəfər isə yaralanıb.


































