Yəmənli mənbələr ABŞ-ın bazar ertəsi axşam saatlarında Yəmənin müxtəlif bölgələrinə 20 dəfə hücum etdiyini bildirib.
Yəmənin xəbər tv kanallarından biri bildirib ki, ABŞ son gün ərzində ölkənin şimalında yerləşən Sədə bölgəsinin müxtəlif hissələrinə 15 dəfə hücum edib. Bu hücumlar əsasən Yəmənin Sədə şəhərinin şərq və cənub bölgələrini hədəf alıb.
Ənsarullaha yaxın mənbələr ABŞ-ın bu ölkənin paytaxtı Sənanın cənubundakı Sənhan bölgəsini 5 dəfə hava hücumu ilə hədəf aldığını da açıqlayıb.
Amerika ordusunun ötən gecəki davamlı hücumları Ənsarullah qüvvələrinin bazar ertəsi axşam saatlarında Amerika Hərbi Hava Qüvvələrinə məxsus qabaqcıl MQ-9 pilotsuz uçuş aparatını bu ölkə üzərində vurduqdan sonra baş tutub.
Yəmən silahlı qüvvələrinin sözçüsü Yəhya Səri bu xəbəri açıqlayarkən əlavə edib: Bu, Yəmən silahlı qüvvələrinin bölgədə vurduğu 16-cı Amerika pilotsuz təyyarəsidir.