ABŞ-ın keçmiş Xarici İşlər naziri “Ceyms Addison Beyker” 1990-cı ildə Sovet İttifaqının son prezidenti Mixail Qorbaçova NATO-nu, hətta bir qarış da olsun Şərqə tərəf genişləndirməyəcəyinə söz verdi. Amma Vaşinqton Sovet İttifaqına xəyanət eyməklə, heç bir əhd-peymana bağlı olmadığını və yalnız güc dilini başa düşdüyünü sübut etdi.
ABŞ xəyanət ruhiyyəsini seçməklə, heç bir razılıq və müqaviləyə dəyər vermir və İranla nüvə razılaşmasında olduğu kimi imzasını asanlıqla ayaq altına atır. Acı tarixi təcrübələr göstərir ki, Vaşinqton həmişə digər dünya ölkələri ilə xəyanətkar və təkəbbürlü rəftar edib.
“Robert Rabel” və “Fransua Allam” “Bu dəliliyi dayandırın!” adlı məqalədə ABŞ-ın öz həyasızlıq və pis davranışıyla, tarix və coğrafi məlumatsızlığıyla Rusiyanı NATO ilə mühasirəyə alaraq dünyanı məhvə sürüklədiyini açıq-aşkar təsdiqləyirlər!
Rabel və Allamın fikrincə, ABŞ-ın 1990-cı ildə Sovet İttifaqı ilə NATO-nun onun sərhədlərinə yaxınlaşmayacağına dair əhd bağladıqdan sonra, NATO 1997-ci ildə Polşa, Macarıstan və Çexiyanı Madrid sammitində bu ittifaqa qoşulmağa dəvət etdi. İkinci addımda da 2004-cü ildə Bolqarıstan, Estoniya, Latviya, Litva, Rumıniya, Slovakiya və Sloveniya NATO-ya üzv oldular. Həmçinin 2003, 2004 və 2014-cü illərdəki Gürcüstan inqilablarında ABŞ-ın mövqeyi Vaşinqton və Moskvanı şiddətli bir qarşıdurmada üz-üzə qoymaq idi.
Bu iki yazıçı və siyasi analitik Moskvanın indiki Ukraniya müharibəsindəki mövqeyinin aydınlaşması üçün tarixə nəzər salmasının zəruri olmasını düşünürlər.
Məqalənin yazıçıları düşünürlər ki, ABŞ-ın Ukraniyanın qələbəsinə dair zəmanətə israrı, ABŞ-ın təhlükəsizlik və sabitliyini Ukraniyanın təhlükəsizlik və sabitliyinin bir hissəsi kimi nəzərdə tutması və həmçinin ən təhlükəli qeyri-ənənvi silahların Ukraniyaya verilməsi yalnız və yalnız, Qərblə Avrasiyanın qarşılıqlı məhvinə səbəb olan dünya müharibəsinə aşkar şəkildə dəvətdir. NATO-nun şərq istiqamətində genişlənməsi əslində, onun mərkəzində Rusiyanın mühasirə olunması mənasındadır. Vaşinqton bu addımlarıyla bu mühüm faktı və Rusiya rəhbərliyinin Qərbi bu planından döndərmək üçün səylərini görməməzlikdən gəlir. Bu məqalə sonda bildirir ki, Ukraniyanın qələbəsinin belə aşkar formada dəstəklənməsi III dünya müharibəsinin başlanması üçün böyük motivasiya yaradır. Bu məqalə vurğulayır ki, gərək amerikalılar bu dəliliyin qarşısını alsınlar. Həmçinin koalisiya da bilməlidir ki, silah “sülhün” bərqərar olunma yolu deyil.